Rusiya prezidenti Dmitri Medvedev bu gün ABŞ-a səfəri çərçivəsində prezident Barak Obama ilə görüşüb.
Ağ Evdə görüşən dövlət başçıları ticarət, investisiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Cənab Obama Dmitri Medvedevi etibarlı tərəfdaş adlandırıb.
Prezident Medvedev ABŞ-a üç günlük səfəri zamanı dünən Kaliforniya ştatında yüksək texnologiya şirkətlərinin cəmləşdiyi Silikon vadisində olub. O, Apple, Cisco Systems, Google və Twitter şirkətlərinin rəhbərləri ilə görüşüb. Cənab Medvedev Rusiyanın neftdən asılı iqtiasdiyyatını müasirləşdirməyə çalışır.
Bu gün görüşdən sonra cənab Medvedev və cənab Obama Böyük Səkkizlər və Böyük İyirmiliyin sammitində iştirak etmək üçün Kanadaya səfər edəcəklər.