ABŞ Dövlət Departamenti Rusiyanın beynəlxalq müşahidəçilərin Suriyada ehtimal edilən kimyəvi hücumu araşdırmasına mane olmağa çalışaraq, "mütəxəssislərin işlərini görməsini daha da çətinləşdirdiyini" bildirib.
"Onlar bunu görünür, yoxlama gecikdikcə kimyəvi elementlərin yox ola biləcəyini bildikləri üçün etmək istəyirlər" deyə, Dövlət Departamentinin sözçüsü Heather Nauert Əl-Hürrə televiziyasına verdiyi şərhində bildirib.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının təhqiqatçıları keçən həftənin şənbə günü Suriyaya gedib, lakin Dumada işə başlaya bilmədikləri bildirib.
Rusiya rəsmiləri isə təşkilatın nümayəndələrinin Suriyanın şərqindəki bölgəni çərşənbə günü ziyarət edəcəyini deyib.
Rusiya təftişin gecikdirilməsinə görə Birləşmiş Ştatlar, Fransa və Britaniyanın keçən şənbə günü Suriyanın üç kimyəvi silah obyektinə qarşı hava hücumlarını günahlandırıb. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, missiyaya icazə BMT-nin Mühafizə və Təhlükəsizlik Departamentinin təsdiqi olmadığı üçün verilməyib.
Nyu-Yorkda BMT rəsmiləri bu iddila ətrafında mübahisə aparıb.