Accessibility links

"Vaqner"in rəhbəri Priqojin müdafiə nazirini onu "məhv etmək cəhdi"ndə ittiham edib


Müdafiə Nazirliyinin artilleriya və raket sistemlərinə qurğuların təchizatını dayandırdığını təkzib etdiyi bir vaxt, muzdlulardan ibarət "Vaqner" qrupunun həmtəsisçisi və sahibi, Kremlə yaxın iş adamı Yevgeni Priqojin rusları Rusiyanın Ukraynaya təcavüzünü davam etdirməsi üçün döyüşçülərinə daha çox sursat verməsi üçün orduya təzyiq göstərməyə çağırıb.

"Əgər hər bir rus mitinqlərə çağırmamaqla, öz səviyyəsində, artıq sosial şəbəkələrdə edildiyi kimi sadəcə "Vaqnerə döyüş sursatı verin" deməsi çox vacibdir" - deyən Priqojin fevralın 22-də Telegram kanalına səs yazısı yerləşdirib.

Çağırış Priqojinin silahlı qüvvələrin yüksək səviyyəli məmurlarını Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək üçün əsas qüvvə olan şəxsi qoşunlarını kifayət qədər sursatla təmin etməməklə "xəyanət" etməkdə ittiham etməsindən bir gün sonraya təsadüf edib.

Priqojinin sözlərinə görə, onun Donetsk vilayətində Ukraynanın silahlı qüvvələrinə qarşı döyüşən ordudusu müntəzəm olaraq 80 faiz sursat çatışmazlığı ilə üzləşir.

Rusiya Müdafiə Nazirliyi Priqojinin iddialarını rədd edərək bildirib ki, Ukraynanın şərqindəki bütün könüllü briqadalar müxtəlif növ sursatlarla "vaxtında" təmin olunur.

"Rusiya bölmələri arasında sıx əməkdaşlıq və dəstək mexanizmində parçalanma yaratmaq cəhdləri əks-məhsuldardır və düşmən üçün faydalıdır" - deyə, nazirlik Priqojinin adını çəkmədən bildirib.

İki gün əvvəl Priqojin başqa bir audio mesajında müdafiə naziri Sergey Şoyqu və Rusiya Ordusunun Baş Qərargahlar rəisi Valeri Gerasimovu "Vaqner"ə sursat çatdırmamaqla onu "məhv etmək cəhdi"ndə ittiham edib. Priqojin əlavə edib ki, qoşunlarının silah-sursatla təmin edilməsini istəyirsə, ondan "üzr istəməsi və itaət etməsi" tələb olunub.

"Vaqner" keçən ilin yayından bəri Rusiyanın müxtəlif yerlərindəki cəzaçəkmə müəssisələrindən minlərlə məhbusu işə cəlb edib.

XS
SM
MD
LG