Accessibility links

Rusiya Ukraynanın İlan adasından geri çəkilib


Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı Ukraynanın İlan adasından geri çəkildiyini açıqlayıb.

Moskva fevral ayında Ukraynaya hərbi müdaxilə etdiyi zaman ilk olaraq Qara dənizdəki bu adanı ələ keçirmişdi.

Lakin eyni gündə - iyunun 30-da Ukrayana qüvvələri adadakı Rusiya mövqelərini atəşə tutduğunu bildirdikdən sonra Moskva ordan çəkildiyini elan edib.

Rusiya bu addımının "xoşməramlı jest" olduğunu və BMT-yə Ukraynadan taxıl məhsullarının ixracı üçün dəhliz yaratmaq səylərinə mane olmadığını göstərdiyini bildirib.

Ukrayananın prezident ofisinin rəhbəri Andrey Yermak Rusiya qüvvələrinin adadan çıxdığını tədiqləyib. "Artıq İlan adasında rus qoşunları yoxdur. Silahlı Qüvvələrimiz əla iş gördü" - deyə, Yermark Twitter səhifəsində yazıb.

Digər tərəfdən Britaniya iyunun 30-da Ukraynaya əlavə 1 milyard dollarlıq yardım etdiyini elan edib.

Baş nazir Boris Consonun ofisi bildirib ki, vəsait hava hücumundan müdafiə sistemləri, ekipajsız uçuş aparatları və Ukrayna qoşunları üçün vacib avadanlıqlara yönəldiləcək.

"Bu, Ukraynaya Moskvanın qeyri-qanuni işğalına qarşı cəsarətli müdafiəsindən əlavə, ölkənin suverenliyini bərpa etmək üçün Rus quru qoşunlarına qarşı hücum əməliyyatları keçirməyə imkan verən ilk addımdır" - deyə, baş nazirin ofisi yaydığı məlumatda bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik yardımına görə minnətdar olduğunu bildirib və Britaniyanı "əsl dost və strateji tərəfdaş" adlandırıb.

"Biz Rusiyanın təcavüzünə qarşı mübarizədə ardıcıl, liderlik dəstəyini yüksək qiymətləndiririk" - deyə, Zelenski twitter hesabında yazıb.

XS
SM
MD
LG