Accessibility links

Rusiya YouTube saytını bağlaya bilər


Rusiya prokurorluğu islam əleyhinə videonun səhifədən çıxarılması ilə bağlı Moskva məhkəməsinə müraciət göndərib

Rusiyanın kommunikasiya naziri bildirib ki, islamı təhqir edən video YouTube səhifəsindən götürülməsə, bu populyar vebsayta çıxış bağlana bilər. Tənqidçilər Moskvanın internet saytını qadağan etməsinin müxalif səsləri susdurmaq üçün daha bir vasitə olduğunu deyir.

Rusiyada YouTube saytında islamı təhqir edən edən video filmə hələ də baxmaq olar.

Rusiya prokurorları Moskva məhkəməsindən videonun qadağan edilməsini istəyib və əgər müraciət təmin olunsa, 20 milyon müsəlmanın yaşadığı Rusiyada YouTube səhifəsi bağlanacaq.

Noyabrın 1-i qüvvəyə minəcək qanunvericiliyə əsasən, Rusiyada qadağan olmuş materialların göstərildiyi veb səhifələr qara suyahıya salınacaq. İnternet provayderlərə bir gün ərzində həmin veb səhifələrə çıxışın bağlanacağı haqda bildiriç veriləcək.

Kreml tərəfdarı “Vahid Rusiya” partiyasının deputatı Ruslan Qattarov bu həssas məsələ ilə bağlı prokurorluq qarşışında məsələ qaldıran ilk qanunverici olub. Onun sözlərinə görə, YouTube saytının sahibi olan Google videonuoradan çıxarsa, səhifə bağlanmayacaq.

Keçmiş baş nazir müavini İqor Seçin də daxil olmaqla, Rusiya siyasətçilərinin çoxu keçən il ölkədə dekabr partlament seçkiləri zamanı prezident Vladimir Putin əleyhinə presedenti olmayan nümayişlərə görə internetin məsuliyyət daşıdığını bildirir.

Moskvada “Yeni Avrasiya Fondu”nda siyasi təhlilçi Andrey Kortunov deyir ki, bir çox insan qanuvericiliyin təkcə internet deyil, həm də nümayiş keçirmək azadlığı kimi sahələrə də şamil ediləcəyindən ehtiyat edir.

Bu narahatlıqlara baxmayaraq, senator Qattarov yeni qanunvericilyin senzura ilə əlaqədar olmadığını deyir.

Google şirkətinin Moskva ofisinin nümayəndəsi Rusiya prokurorluğundan videonun səhifədən götürülməsi ilə bağlı mürciətin alındığını təsdiq edib, lakin hələlik şirkətin baş ofisindən cavab verilmədiyini bildirib.

Vətəndaş hquqları fəalları isə internetdə senzura və YouTube saytının mümkün bağlanmasına etiraz olaraq aksiya keçirmək üçün Moskva bələdiyyəsinə müraciət edib.
XS
SM
MD
LG