Accessibility links

Ukrayna dəniz limanlarının Rusiya tərəfindən blokadası ərzaq qiymətlərini yüksəldir


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirir ki, ötən ay qlobal ərzaq qiymətləri çox yüksək səviyyədə sabit olaraq qalıb, ancaq mart ayı ilə müqayisədə bir az aşağı olub.

FAO rəsmiləri Rusiya-Ukrayna müharibəsi davam etdiyi təqdirdə ərzaq qiymətlərinin azalmaq ehtimalının olmadığını deyirlər. Dünya boyu buğda və arpa ixracının demək olar üçdə biri, günəbaxan tumu yağının ixracının isə 80 faizi iki ölkənin payına düşür.

FAO-nun bazarlar və ticarət şöbəsinin direktor müavini Cozef Şmidhuber deyib ki, Ukraynadan bu və başqa ərzaq mallarının ixracında fasilələr qlobal ərzaq təhlükəsizliyinə böyük ziyan vurur. O deyib ki, ən böyük zərər yoxsul ölkələrə dəyir, çünki onlara ərzaq malları bazardan kənar qiymətə satılır.

“Bizim hazırda şahid olduğumuz vəziyyət, demək olar ki, əcayibdir. Ukraynada ixrac oluna biləcək, amma infrastruktur çatışmazlığı və limanların blokadası səbəbilə ölkəni tərk edə bilməyən 25 milyon tona yaxın taxıl var. Eyni zaamanda Ukraynadan ixrac üçün buğda dəhlizi açılmır,” o deyib.

Ukraynada buğda, arpa və qarğıdalıdan ibarət yay məhsulu iyul və avqust aylarında yığılacaq. Şmidhuber deyir ki, müharibəyə baxmayaraq, məhsullar pis vəziyyətdə deyil. O deyib ki, 14 milyon tona yaxın taxıl icraca hazır ola bilər.

Bununla belə, o, Ukraynada kifayət qədər anbarın olmadığını qeyd edib. O alavə edib ki, münaqişə davam etdiyi bir vaxt, növbəti bir neçə ayda nələrin baş verəcəyi ilə bağlı qeyri-müəyyənlik var.

“Biz həmçinin görürük, və qeyri-rəsmi subutlar var ki, Rusiya taxılları oğurlayır və onları Rusiyaya gedən yük maşınlarına yükləyir,” Şmidhuber deyib. “Eyni şey kənd təsərrüfatı alətlərinə, traktorlara və s. də aiddir. Və bütün bunların kənd təsərrüfatı məhsullarına təsiri ola bilər.”

FAO rəsmiləri deyib ki, Ukraynadakı vəziyyət onu göstərir ki, hazırda problem taxılın mövcud olmamasında deyil, onalra çıxışın olmamasındadır. O deyib ki, orada bütün dünyanı doyurmaq üçün yetərli taxıl var. Amma problem onların lazım olan yerə çatdırılmamasıdır.

XS
SM
MD
LG