Accessibility links

Rusiya mühəndisləri Zaporijye nüvə elektrik stansiyasında baxış keçirib


Rəsmilərin bildirdiyinə görə, Rusiya mühəndisləri Ukraynada nüvə stansiyasında radiasiyanı ölçmək üçün Zaporijye stansiyasına gediblər. Nüvə stansiyasının Moskvanın hərbi müdaxiləsi çərçivəsində ələ keçirilməsi beynəlxalq narahatlıqlara səbəb olub.

Rusiya Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijyeni martın 4-də işğal edib.

Hücumdan sonra belə görünürdü ki, nüvə stansiyasının reaktorlarına ziyan dəyməmişdi, ancaq tankların bombardmanı nəticəsində orada yanğın çıxmışdı.

Rusiyanın nüvə şirkəti Rosatomun rəsmiləri cümə günü təsisə gəlib. Bu barədə Ukraynanın nüvə agentliyi Energoatom Telegram kanalında yerləşdirdiyi mesajında bildirib.

Energoatomun bildirdiyinə görə, ruslar ukraynalı işçilərə “radiasiya səviyyəsini ölçmək” və mərmilərlə atəş açılan “stansiyanı təmir etməyə kömək etmək” üçün orada olduqlarını söyləyiblər.

Hücum zamanı Moskvanın BMT-dəki səfiri Rusiyanın nüvə stansiyasına atəş açdığını inkar etmişdi.

Ukraynanın nüvə agentliyi rusların birbaşa nüvə stansiyasına gəldiklərini bildirib, çünki ukraynalı işçilər onlarla əməkdaşlıq etməkdən imtina edib.

İdarə bildirib ki, oraya gələn ruslardan biri özünü ərazinin yeni mülki və hərbi administratiru kimi təqdim edib və nüvə stansiyasının Rusiya ərazisinin bir hissəsi olduğunu və Rosatom tərəfindən idarə olunacağınə bəyan edib.

Rosatom isə ayrı bir bəyanatda rusiyalı mütəxəssislərin oraya göndərildiyini təsdiq edib, amma deyib ki, Rusiyanın işğal etdiyi Çernobıl kimi Zaporijyedə əməliyyatlar Ukrayna heyəti tərəfindən həyata keçiriləcək.

Bəyanatda qeyd olunub ki, rus mütəxəssislər Ukrayna komandalarına “məsləhət vermək” üçün oradadır.

Rusiyanın nüvə operatoru bildirib ki, “Çernobıl AES-də elektrik enerjisinin və Zaporojjya elektrik stansiyasında fiziki mühafizə sisteminin bərpası” ilə bağlı məsləhətlər veriləcək.

“Ukraynanın nüvə obyektlərində əməliyyatların təhlükəsizliyinə zəmanət vermək üçün əməliyyatlar BAEA ilə əlaqəndirilərək aparılacaq.”

Altı reaktoru olan Zaporijye 4 milyon evi elektrik enerjisi ilə təmin edir və Ukraynada Ukraynanın elektrik enerjisinin təxminən beşdə birini istehsal edir. Stansiya 1985-ci ildə istismara verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG