Rusiya hərbçiləri oktyabrın 20-də Ukraynanın doqquz vilayətinin mülki ərazilərinə yeni artilleriya hücumları həyata keçirib və nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb və mülki infrastruktura ziyan dəyib ki, bu davbir çox sakinin işıqsız qalmasına səbəb olub.
Ukraynanın Energetika Nazirliyi açıqlamasında bildirib ki, açılan atəş səbəbilə Donetsk, Dnepropetrovsk, Zaporijjya, Sumı, Xarkiv, Xerson və Çernihiv vilayətlərində elektrik enerjisi qismən və ya tamamilə kəsilib.
Oktyabrın 20-də vilayət qubernatoru Oleksandr Prokudin Telegram-da bildirib ki, cənubdakı Xerson vilayətində Berislav şəhərində 80 yaşlı qadın öldürülüb, evi Rusiyanın atəş açmas nəticəsində dağıdılıb.
Berislav, bir il əvvəl Ukrayna qüvvələri tərəfindən azad edilmiş Xerson bölgəsinin böyük hissəsi kimi, sistematik olaraq Dnepr çayının şərq sahilindən Rusiya tərəfindən atəşə tutulur və raket zərbələrinə məruz qalır.
Oktyabrın 20-də Rusiya qüvvələri Xarkivin şimal-şərq bölgəsində Kupyansk-Vuzloviy kəndini və Vovçansk şəhərini atəşə tutub, nəticədə iki nəfər yaralanıb və mülki infrastruktura ziyan dəyib. Bu barədə vilayət qubernatoru Oleh Sinyehubov Telegram-da bildirib.
Sinyehubov deyib ki, Rusiya qüvvələri “artilleriyadan, minaatanlardan, raketlərdən və digər silahlardan mülki əhalinin məskunlaşdığı əraziləri atəşə tutub” və nəticədə iki nəfər yaralanıb, gənclər mərkəzi dağıdılıb və bir neçə yaşayış binasına ziyan dəyib.
Hərbçilərin bildirdiyinə görə, döyüş meydanında Ukrayna qoşunları Moskvanın son bir neçə həftə ərzində irəliləyiş əldə etməyə çalışdığı Donetsk şəhərinin şərqindəki Avdiyivkaya Rusiyanın getdikcə şiddəti artan hücumları ilə mübarizə aparır.
"Düşmən yenidən hücum hərəkətlərinə başlayıb və Avdiyivkanı mühasirəyə almaq cəhdlərini dayandırmır", Ukraynanın Baş Qərargahı oktyabrın 20-də bildirib.
Oktyabrın 19-da Avdiyivka hərbi administrasiyasının rəhbəri Vitaliy Barabaş bildirib ki, Rusiyanın şəhəri bombardmanı qısa fasilədən sonra güclənib.
Ukrayna hərbçiləri Xarkivin şimal-şərq bölgəsindəki Kupyanskda da Rusiyanın 30-dan çox xətti keçmək cəhdini dəf edib, Baş Qərargah bildirib və əlavə edib ki, Kyiv qüvvələri cənubdakı Melitopol şəhəri istiqamətində irəliləyişlərini davam etdirir.
Döyüş meydanına dair məlumatı müstəqil olaraq yoxlamaq mümkün olmayıb.
Forum