Accessibility links

Ukrayna naziri: Rusiya qoşunları müharibə başlayandan bəri 4500 yaşayış binasını dağıdıb


Ukrayna
Ukrayna

Rusiya Federasiyasının qüvvələri 24 fevralda Ukraynaya hərbi müdaxilə edəndən bəri təxminən 4500 yaşayış binasını, 100-ə yaxın müəssisəni, 400-ə qədər təhsil və 150 səhiyyə müəssisəsini dağıdıb. Bu barədə martın 26-da Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Çernışev məlumat verib.

Ukrayna hökuməti martın 15-də bildirmişdi ki, Rusiyanın başlatdığı müharibənin vurduğu ziyan ən azı 565 milyard dollardır. Kyiv iqtisadiyyat məktəbi isə martın 25-də bir aydır davam edən müharibədə Ukrayna infrastrukturuna dəyən ziyanın 63 milyard dollar olaraq qiymətləndirib. Onlaırn məlumatına görə də, Rusiyanın təcavüzü nəticəsində 4431 yaşayış binası, 378 təhsil müəssisəsi, 138 tibb müəssisəsi, 12 hava limanı məhv edilib.

Ancaq Çernışevin sözlərinə görə, infrastruktura dəyən zərərin yekun qiymətləndirməsini döyüş əməliyyatları dayandırıldıqdan və ərazilər təmizləndikdən sonra aparmaq olar. O əlavə edib ki, ilkin hesablamalara görə, itkilər "on milyardlarla" dollar təşkil edə bilər.

Nazir ayrıca qeyd edib ki, hökumət Ukraynanı bərpa etmək planı üzərində işləyir. “Biz artıq dağılmış infrastrukturun bərpası üçün lazım olan tikinti məhsullarının idxalı ilə bağlı prosedurları sadələşdirmişik. Əslində, biz bu istiqamətdə növbəti tənzimləməni həyata keçiririk, lakin bərpa baxımından fiziki işə başlamaq üçün ilk növbədə ərazilərin minalardan təmizlənməsi, dağıdılmış obyektlərin təmizlənməsi lazımdır,” Çernışev deyib.

Rusiya Ukraynada müharibəyə martın 24-də başlayıb. O vaxtdan bəri Rusiya hərbçiləri Mariupolu mühasirədə saxlayırlar. yerli əhalinin dediyinə görə, şəhərə böyük dağıntılar var. Bundan əlavə Çerniqov da mühasirə altındadır, döyüşlərin getdiyi Kyiv vilayətinin şəhərləri (Qostomeldə, Buçada, İrpendə və s.) böyük dağıntılar altındadır. Donetsk vilayətinin Volnovaxa şəhəri, yerli hakimiyyət orqanlarının sözlərinə görə, “praktiki olaraq yer üzündən silinib”. Xarkiv və digər şəhərlər də hər gün atəşə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG