Accessibility links

Rusiyanın altı döyüş gəmisi təlim üçün Aralıq Dənizindən Qara Dənizə yola düşür


İstanbulda Bosfor boğazından keçən Rusiya döyüş gəmisi. 6 oktyabr, 2015.

Rusiya Dəniz Donanmasından altı döyüş gəmisinin hərbi təlimlərdə iştirak etmək üçün Aralıq Dənizindən Qara Dənizə doğru irəlilədiyini bildirir. Bu təlimlər Rusiya ilə Qərb arasında Moskvanın Ukrayna ilə sərhədində qoşun cəmləşdirməsi səbəbilə yaranan gərginlik fonunda keçirilib. Qoşunların cəmləşdirilməsi Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyinə dair narahatlıqları artırıb.

Rusiya Müdafiə Nazirliyi fevralın 8-də yaydığı bəyanatda bildirib ki, Baltika Donanması və Şimal Donanmasının gəmiləri Qara Dənizdə dana öncədən elan olunmuş hərbi təlimlərdə iştirak etmək üçün “planlanmış bir şəkildə” Bosfor boğazından keçirlər.

Reuters agentliyi Türkiyənin dəniz nəqliyyatı mənbələrinə istinad edərək bildirib ki, gəmilərin 8 və 9 fevralda Türkiyə sularından keçəcəyi gözlənilir.

Qanuna əsasən, NATO üzvü olan Türkiyə Rusiya Ukraynaya qarşı hərbi müdaxilə etdiyi halda boğazları tranzit üçün bağlaya bilər.

Güc nümayişi Rusiya Dəniz Donanmasının dünya boyu apardığı bir sıra təlimlərin bir hissəsidir.

Müdafiə Nazirliyi ötən ay 140-dan çox hərbi gəmi və 10 mindən çox hərbi personalın iştirakı ilə hərbi təlimlərin başladığını elan edib.

Rusiya Ukraynanı işğal etməyi planlaşdırdığını inkar edir və qoşunlarını öz torpağında istədiyi yerə yerləşdirə biləcəyini deyir.

Eyni zamanda Moskva həm də Birləşmiş Ştatlar və NATO-dan gərginliyin azaldılması üçün genişmiqyaslı təhlükəsizlik qarantiyaları tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG