Accessibility links

Rusiya Donetskə ölümcül zərbə endirib


Vuhledar
Vuhledar

Yanvarın 28-də Rusiyanın Ukraynanın şərqində Donetsk bölgəsinə endirdiyi zərbə azı üç nəfərin ölümünə səbəb olub. Ukrayna qüvvələri Qərbin Kyivə müasir tank tədarükləri ilə bağlı vədləri fonunda Moskvanın artan təcililiklə hücuma keçdiyi şərqdə bir neçə qaynar nöqtədə rus qoşunlarına qarşı şiddətli döyüşlərə cəlb olunublar.

Prezident Volodimir Zelenski deyib ki, cəbhə xəttindəki vəziyyət “son dərəcə kəskindir,” xüsusilə də Donetskdə. O orada Vuhledar və Baxmut uğrunda böyük döyüşlərin aparıldığını bildirib. Baxmur Rusiyanın artilleriya bombardmanı nəticəsində faktiki olaraq yerlə-yeksan olunub.

Zelenski yanvarın 27-də etdiyi gündəlik müraciətində deyib ki, döyülərin şiddəti onu göstərir ki, Ukraynanın Rusiyanın artan təzyiqinə qarşı mübarizə aparmaq üçün təcili olaraq daha çox silaha ehtiyacı var.

Rusiyanın Donetskdə Kostyantinivka şəhərində yaşayış məntəqəsinə zərbəsi nəticəsində üç nəfər ölüb, ik nəfər yaralanıb. Bu barədə regionun qubernatoru Pavlo Kirilenko Telegram-da bildirib.

Kirilenko deyib ki, dörd yaşayış binası və bir otelə ziyan dəyib və xilasedicilər və polis rəsmiləri “rus işğalçıların daha bir cinayətini diqqətli bir şəkildə sənədləşdirmək üçün” hadisə yerindədir.

Kirilenko bundan əvvəl yanvarın 28-də deyib ki, son 24 saatda Rusiyanın zərbələri nəticəsində dörd nəfər ölüb, azı yeddi nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 28-də gündəlik açıqlamasında bildirib ki, Rusiya qoşunları Ukraynanın Donetsk və Luhansk bölgələrində çoxşaxəli hücuma davam edirlər.

“Düşmən Baxmut, Avdiyivka və Novopavlyivka istiqamətində hücumlar həyata keçirməyə davam edir,” Baş Qərargah bildirib.

“Kupyansk, Zaporijya və Xerson istiqamətlərində düşmən hücumdadır,” o bildirib.

Ukrayna ordusunun sözçüsü Serhiy Çerevatı yerli mediaya bildirib ki, Vuhledarda “ağır döyüş” gedir.

“Rusiya Federasiyasının ordusu aylardır orada əhəmiyyətli irəliləyiş əldə etməyə çalışır,” o deyib.

Hərbi müdaxilədən öncə təxminən 15 min əhalisi olan Vuhledar Donetskin cənubunda rabitə qovşağı kimi strateji əhəmiyyətə malikdir.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov AzadlıqRadiosuna bildirib ki, Moskva fevralın 24-də yeni hücuma hazırlaşır.

Ukraynanın Qərb müttəfiqləri hərbi avadanlıq və Kyivin müdafiəsini gücləndirməyi vəd edirlər.

ABŞ-ın milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, Vaşinqton gələcək aylarda “şiddətli döyüş dövrü”nün olacağını gözləyir. O əlavə edib ki, müharibənin son çatacağına “işarə yoxdur.”

Zelenski yanvarın 27-də Ukraynanın 500-ə yaxın tanka ehtiyacının olduğunu deyib.

“Bizim indi 300 və ya 500 tanka ehtiyacımız var. Bizə ərazimizi, torpağamızı müdafiə etmək üçün tanklar lazımdır. Bizə insanlarımızı qorumaq üçün sirehli maşınlar lazımdır,” Zelenski Sky News-a müsahibəsində bildirib.

Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko yanvarın 270də BFM televiziyasına bildirib ki, indiyədək bir neçə ölkə tərəfindən Ukraynaya ümumilikdə 321 ağır tank vəd edilib.

Ukrayna həmçinin ABŞ istehsalı olan F16 döyüş təyyarələrindən istəyib. Kirbi deyib ki, Vaşinqton Ukraynanın istəyindən xəbərdardır, ancaq əlavə edib ki, “Biz bu gün əlavə silah sistemindən danışa bilmərik.”

Aİ Komissiyasının sədri Ursula von der Leyen Ukrayna Ukraynanı blokun qeyd-şərtsiz onu dəstəklədiyinə əmin edib. Yanvarın 28-də Almaniyanın Düsseldorf şəhərində çıxış edən von der Leyen, “Biz heç bir “əgər” və “amma” olmadan Ukraynanın yanındayıq” deyib.

Von der Leyen və onun Aİ komissar həmkarları fevralın 3-də Aİ-Ukrayna sammiti keçirməyi planlaşdırırlar.

XS
SM
MD
LG