Accessibility links

Vladimir Putin: Amerikalı diplomatları xaric etməyəcəyik


Rusiya prezidenti Vladimir Putin deyib ki, rəsmi Moskva Rusiya kəşfiyyatının noyabrda keçirilən ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq etməsinə cavab olaraq ABŞ diplomatlarını ölkədən xaric etməyəcək.

"Biz amerikalı diplomatlar üçün problem yaratmayacağıq. Biz heç kəsi xaric etməyəcəyik," Putin Kremlin açıqladığı bəyanatda bildirib. "Beynəlxalq praktikaya uyğun olaraq Rusiyanın buna eyni cür cavab vermək üçün səbəbləri var. Hərçənd ki, bizim belə ixtiyarımız var, biz bu məsuliyyətsiz "mətbəx" diplomatiyasına üz tutmayacağıq, lakin çalışacağıq ki, Tramp administrasiyasının siyasəti əsasında Rusiya-ABŞ münasibətlərini bərpa edək."

Obama administrasiyasının hədəf aldığı Rusiya qurumları sırasında QRU və FSB (KQB-nin varisi), o cümlədən bu qurumlara yardımçı olan şirkətlər yer alır.

Rusiya xarici işlər naziri Sergey Lavrov oxşar reaksiya verilməsinə çağırmış və ABŞ diplomatlarının Moskva civarındakı istifadə etdikləri daçanı müsadfirə etməyi təklif etmişdi.

Prezident Barak Obama çərşənbə günü noyabr seçkilərinə müdaxilə etdiyinə görə iki kəşfiyyat agentliyinə sanksiyalar tətbiq etmək, 35 agenti ölkədən çıxarmaq və Russiyanın ABŞ-da iki qərərgahını bağlamaq da daxil olmaqla Rusiyaya qarşı çoxsaylı cavab tədbirləri həyata keçirib.

Sabiq KQB-nin varisi olan FSB-nin Moskvadakı baş qərargahı.
Sabiq KQB-nin varisi olan FSB-nin Moskvadakı baş qərargahı.

Vaşinqton və San-Fransisko şəhərlərindən 35 rusiyalı hökumət rəsmisi diplomatik və konsulluq fəaliyyətlərinə uyğun olmayan işlərdə təqsirləndirildikdən sonra onalra ABŞ-ı tərk etmək üçün 72 saat vaxt verilib.

ABŞ Dövlət Departamenti Merilənd və Nyu-York ştatlarında Rusiya hökumətinə məxsus iki əyləncə gərərgahı adlandırdığı binalara rus diplomatlarının daxil olmalarına qadağa qoyub.

Buna əlavə olaraq Yevgeni Boqaçev və Aleksey Belan da sanksiyaya məruz qalıb. Maliyyə Nazirliyi onları ABŞ bankların, şirkətləri və digər Amerika təşkilatlarından 100 milyon dollardan çox pulu oğurlamaq üçün kiber hücum həyata keçirməkdə təqsirləndirərək onları cinayətkar adlandırıb

ABŞ Dövlət Departamenti Merilənd və Nyu-York ştatlarında Rusiya hökumətinə məxsus iki əyləncə gərərgahı adlandırdığı binalara rus diplomatlarının daxil olmalarına qadağa qoyub.

Ağ Evin yüksək vəzifəli rəsmisi ABŞ-ın tətbiq etdiyi sanksiyaların yeganə cavab olmayacağını bildirib. O deyib ki, ictimayyətə açıqlanmayacaq digər tədbirlər də nəzərdən keçirilir.

Donald Tramp
Donald Tramp

Prezident seçilmiş Donald Tramp keçmişdə bu ittihamlara skeptik yanaşdığını bildirib. Bununla belə o, gələn həftə ABŞ kəşfiyyat agentlikləri ilə görüşüb məsələni müzairə edəcəyini bəyan edib.

Tramp əlavə edib ki, Vaşinqton keçmişi arxada qoymalı, "daha böyük və daha yaxşı məsələlərlə" məşğul olmalıdlır.

Obama administrasiyasının hədəf aldığı Rusiya qurumları sırasında QRU və FSB (KQB-nin varisi), o cümlədən bu qurumlara yardımçı olan şirkətlər yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG