Accessibility links

Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürülüb


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Yaxın iki gündə onun sənədləri MSK-ya təqdim ediləcək

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi irəli sürülüb.

Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mehman Əliyev Amerikanın Səsinə bildirib ki, Təşəbbüs Qrupu avqustun 12-də keçirdiyi toplantısında səsvermə yolu ilə Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Hazərda təşəbbüs qrupunun üzvləri səslərini şəxsiyyət vəsiqələri və imzaları ilə təsdiqləyirlər.

Onun sözlərinə görə, yaxın iki gündə Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcək.

Təşəbbüs qrupuna 150-dən çox ictimai, siyasi xadimlər, ziyalılar, siyasi partiyalar, QHT rəhbərləri, hüquq müdafiəçiləri daxildir.

Rüstəm İbrahimbəyov hazırda Moskva şəhərindədir. Onun Azərbaycan vətəndaşlığı ilə yanaşı Rusiya vətəndaşlığı da var. Azərbaycan konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməz.

R.İbrahimbəyov Rusiya vətəndaşlığından imtina ilə bağlı Rusiya prezidentinə müraciət edib. Hazırda o vətəndaşlıdan imtina barədə Rusiya prezidentinin sərəncamını gözləyir.
XS
SM
MD
LG