Accessibility links

Ruzbeh Pirinin cərimə cəzası qüvvədə saxlanılıb


Şərqi Azərbaycan Məhkəməsi yazar və siyasi fəal Ruzbeh Pirinin apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 5 milyon tümənlik cərimə cəzasını qüvvədə saxlayıb.

Amerikanın Səsi bu haqda bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən məlumat əldə edib.

Təbriz Cəza Məhkəməsi keçən may ayında “yalan xəbər yaymaq” ittihamı ilə mühakimə etdiyi milli fəala cərimə cəzası vermişdi.

Ruzbeh Piri mart ayında İranın təhlükəsizlik qüvvələrinin işgəncəsinə məruz qalan qardaşı Yaşar Piri haqqında məlumat yaydığı üçün Təbrizin ümumi və inqilab prokurorluğuna çağırılaraq “yalan xəbər yaymaq” ittihamı ilə suçlanmışdı.

Yaşar Piri 21 fevral Dünya Ana Dili Günündə nəzarət altına alındığı zaman təhlükəsizlik qüvvələrinin işgəcəsinə məruz qalmışdı. Bir neçə gün nəzarətdə qalan fəal sərbəst buraxıldıqdan sonra xəstəxanaya yatırılmışdı. Ruzbeh Piri həmin müddət qardaşının durumu ilə əlaqədar sosial mediada məlumat yaymışdı.

Piri qardaşları daha əvvəl də göstərdikləri fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıblar.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG