Accessibility links

Təbriz Məhkəməsi işgəncəyə məruz qalan fəalın şikayətini təmin etməyib


Təbriz Məhkəməsi milli fəal Ruzbeh Pirinin daha əvvəl onu döyən təhlükəsizlik qüvvələrinə qarşı şikayətini təmin etməyib.

Təbrizdə yaşayan türk fəal bu haqda öz İnstagqram səhifəsində məlumat yayıb.

Keçən sentyabr ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan Ruzbeh Piri 20 gün nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Pirinin nəzarətdə olduğu günlərdə ailəsi onun ağır şəkildə döyüldüyünə dair məlumat yaymışdı.

Ruzbeh Piri öz İnstagram səhifəsində nəzarət altına alındığı zaman işgəncəyə məruz qaldığını qeyd edib. O, həmçinin məmurlara qarşı tənzimlədiyi ərizə, habelə Təbriz Cəza Məhkəməsinin qərarının surətini paylaşıb.

“Sentyabrın 9-da 10 nəfərdən çox mülki geyimli məmur mənə hücüm etdilər. Onlar əllərimi qandalladıqdan sonra məni döydülər. Üzüm, əllərim və ayaqlarımdan xəsarət aldım. Tibbi ekspertizanın rəyi müraciətə əlavə olunub. İddiamın sübutu üçün şahidlərin ifadələrinin dinlənilməsini xahiş edirəm,” Pirinin müraciətində qeyd edilib.

Təbriz Ümumi və İnqilab Prokurorluğu milli fəalın şikayətini təmin etməyərək fəalın müraciəti ilə bağlı məhkəmə işinə xitam verib. Təbriz Cəza Məhkəməsi daha sonra prokurorluğun qərarını təsdiq edib.

Ruzbeh Pirinin isə mühakimə prosesi davam edir. O, “İslam Respublikası Nizamına qarşı təbliğat” və “bölücü qruplara üzv olmaq”da ittiham edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG