Accessibility links

Sergey Ryabkov: ABŞ-la münasibətlərin yaxşılaşdırılması "çox çətin" olacaq


Rusiya fevralın 21-də bildirib ki, Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşdırılması "çox çətin" olacaq. Qeyd edək ki, bu iki ölkənin əlaqələri Suriya və Ukrayna münaqişələri, Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə iddiaları üzündən Soyuq müharibə dövründən bəri görünməmiş həddə düşüb.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov fevralın 21-də Vaşinqtonu Rusiyanın daxili işlərinə müdaxiləyə çalışmaqda günahlandırıb. Martın 18-də Rusiyada prezident seçkisidir və Birləşmiş Ştatlar bir neçə gün öncə 13 rusiyalını ABŞ-da seçkiyə müdaxilə cəhdində ittiham edib.

"Paradoks ondadır ki, amerikalılar prezident seçkisi öncəsi daxili işlərimizə qarışmağa, ikitərəfli münasibətləri gərginləşdirməyə çalışırlar", Ryabkov Interfax xəbər agentliyinə deyib.

«Onlar heç bir əsas, yaxud dəlil olmadan bizi onların seçki prosesinə açıq müdaxilədə ittiham edirlər», o söyləyib.

"ABŞ-la münasibətləri mövcud durumdan tərpətmək çox çətin olacaq", Ryabkov deyib.

Hazırda Birləşmiş Ştatlar Konqresinin bir neçə komitəsi və xüsusi müşavir Robert Müller Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsini və prezident Donald Trampın seçki kampaniyasıyla əlaqəsini araşdırır.

Moskva seçkiyə heç müdaxilə etmədiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG