Accessibility links

Rza Diqqəti: Azərbaycanlıların mütləq ana dilində məktəbi olacaq


Rza Diqqəti ilə müsahibə
please wait

No media source currently available

0:00 0:17:44 0:00

Tanınmış foto-jurnalist Amerikanın Səsinə müsahibədə İran azərbaycanlılarının milli-mədəni haqları uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət, münaqişələr və yoxsulluq kimi problemlərdən danışıb

“National Geografic” jurnalının tanınmış foto-jurnalisti Rza Diqqəti bu yaxınlarda Vaşinqtonda Dünya Bankının qərargahında TEDx söhbətində yoxsulluğun aradan qaldırılması mövzusunda məruzə edib.

Rza Diqqətinin çəkdiyi foto-şəkillər dünyanin ən mötəbər jurnalları və dərgilərinin səhifələri və cildini bəzəyib. 30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri və gətirdiyi bəlaları göstərməyə çalışıb.

İllərlə belədir şah zamanında da, Xameneyinin vaxtında , Xomeyninin vaxtında da azərbaycanlıları sıxışdırırdılar-Rza Diqqəti

Yoxsulluq və bunun insanların həyatına qoyduğu izlər foto-jurnalist kimi Rza Diqqəti İranda fəaliyyətə başladığı ilk illərdən onu cəlb edən mövzulardan biri olub. İranda yoxsul insanları fotolar vasitəsilə təsvir etdiyinə görə Rza Diqqəti şah rejimi tərəfindən təqiblərə məruz qalıb və həbsə salınıb. Amerikanın Səsinə müsahibə Rza Diqqəti müharibə, yoxsulluq və İran rejimi haqda fikirlərini bölüşüb.

“İranın hər iki hökuməti dövrü həbsdə oldum. Birinci dəfə İran şahı dövrü, o zaman universitetdə tələb idim və yoxsul insanların fotolarını çəkib göstərirdim. Məni tutdular və üç il həbsdə qaldım. 22 yaşından 25 yaşına qədər həbs oldum. Üç il həbsdə olub çıxdım və bir il sonra İranda inqilab oldu”-deyə Rza Diqqəti bildirib.

Foto-jurnalist İranda islam respublikasının qurulduğu dövr artıq professional səviyyədə xarici qəzetlər və jurnallarla əməkdaşlıq etdiyini, ölkədə baş verən hadisələri dünyaya göstərməyə başladığını deyib. O, İranda etnik azlıqlara qarşı ayrı-seçkilik və onlara qarşı zorakılıqları nümayiş etdirən fotolarına görə yeni dinçi hökumət tərəfindən təqib olunduğunu və 1981-ci ildə İranı tərk etməli olduğunu bildirib.

İran hökuməti etnik azlıqlar, o cümlədən azərbaycanlıların inkişafına imkan vermək, onların irəliyə getməsini istəmir- Rza Diqqəti

Rza Diqqəti o zamandan bəri İrana qayıda bilməyib. Bunun nə zaman baş verə biləcəyi sualının cavabında o, İranda hazırkı rejiminin mövcud olduğu müddətdə ölkəyə qayıtmasını mümkün saymadığını deyib. “Ruhaninin vəzifəyə gəlməsindən sonra ölkədə Mahmud Əhmədinejad dövründən daha çox insan öldürülüb. Jurnalistlər, insan haqları müdafiəçiləri öldürülüb, həbsə salınıb”-deyə Rza Diqqəti bildirib.

Tanınmış foto-jurnalist Urmiya gölündə yaranmış ekoloji vəziyyətlə bağlı dəfələrlə narahatlığını ifadə edib. Rza Diqqəti Urmiya gölündə vəziyyəti İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib. “İran hökuməti etnik azlıqlar, o cümlədən azərbaycanlıların inkişafına imkan vermək, onların irəliyə getməsini istəmir”-deyə Rza Diqqəti bildirib.

Foto jurnalist İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətdən danışaraq, Urmiya ilə əlaqədar vəziyyəti azərbaycanlıların qarşılaşdığı çox sayda problemlərdən biri adlandırıb. “İllərlə belə idi, şah zamanında, Xameneyi vaxtında , Xomeyninin vaxtında da azərbaycanlıları sıxışdırırdılar”-deyə Rza Diqqəti söyləyib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG