Accessibility links

Yerli və beynəlxalq ictimaiyyət Rza Şahabinin azadlığını tələb edir


Beynəlxalq insan haqları qurumları və İranın müxtəlif siyasi qrupları təqribən 40 gündür Kərəcin Rəcayişəhr zindanında aclıq aksiyasi keçirən əmək fəalı Rza Şahabinin sərbəst buraxılmasını tələb edirlər.

Əslən Şərqi Azərbaycan vilayətindən olan tanınmış fəal, Amnesty International-ın yayımladığı məlumata əsasən, avqustun 9-da yenidən həbsxanaya göndərildikdən sonra aclıq aksiyasına başlayıb.

Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən Amnesty International onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Həmçinin keçən günlərdə güney təşkilatları və siyasi qruplarına mənsub 30-dan artıq milli və mədəni fəal Rza Şahabiyə dəstək bəyanatı yayımlayıb.

Tehran avtobus şirkəti işçiləri birliyinin təsisçilərindən olan Rza Şahabi işçilərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətləri üzündən illərlə həbsdə olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma başlayıb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG