Accessibility links

Rza Zərrab həbsxanada gözətçiyə 45 min dollar rüşvət verdiyini etiraf edib


Türkiyəli və iranlı qızıl ticarətçisi İrana ABŞ-ın sanksiytalarından yayınmağa yardım etməkdə ittiham olunan türkiyəli bankirin çərşənbə axşamı baş tutan məhkəmə iclası zamanı spirtli içki əldə etmək və gözəətçinin telefonundan istifadə etmək üçün ABŞ həbsxanasının gözətçisinə 45 min dollar dəyərində rüşvət ödədiyini bildirib.

Prokurorlarla əməkdaşlıq edən Rza Zərrab ifadəsi zamanı bu pulu adını çəkmədiyi türkiyəli vəkilindən aldığını söyləyib. Zərrab gözətçinin telefonundan istifadə edərək, həyat yoldaşı, qızı və vəkilinə zəng etdiyi deyib.

Mehmet Hakan Atilla
Mehmet Hakan Atilla

Türkiyənin dövlətə məxsus Halkbank bankının rəhbəri Mehmet Hakan Atillanın məhkəmə işi Manhetten federal məhkəməsində keçirilir. O günahsız olduğunu iddia edir.

Zərrab çərşənbə axşamı ifadə verərkən Atillanın vəkili Keti Fleminqin suallarına cavab olaraq Atilla ilə bir-birlərindən xoşları gəlmədiyini deyib

Zərrab Halkbankda 2012-ci ildən 2016-ci ilə qədər İrana saxta qızıl və qida tranzaksiyaları vasitəsilə neft və qaz gəlirlərini xaricə yollamağa yardım edib. O, Atillanın bu tranzaksiyaların formalaşdırılmasına yardım etdiyini deyib

Ötən həftə Halkbank hər hansı qeyri-qanuni tranzaksiyalarda iştirak etmədiyini bildirib.

Zərrab həmin dövrdə Atilla ilə sadəcə bir neçə dəfə görüşdüyünü deyib. O, Halkbankın baş meneceri və 2013-cü ilədək Atillanın müdiri ilə yaxın münasibətlərinin olduğunu deyib. O həmçinin bəzən Atilla bərədə Aslana şikayət etdiyini bildirib.

Daha öncə verdiyi ifadədə o, Atilla İrana saxta qida satışı tranzaksiyasını imzalamaqdan imtina etdiyi zaman Aslana şikayət etdiyini söyləyib.

Zərrab həmçinin deyib ki, o zaman Atilla bu tranzaksiyanın saxta olduğunu bilmirdi və bu səbəbdən də çaşmışdı.

Zərrab Aslana rüşvət ödədiyini bildirib. Lakin daha öncəki ifasində olduğu kimi bu dəfə də Atillaya rüşvət ödəmədiyini bir daha vurğulayıb.

Prokurorlar doqquz nəfəri İrana sanksiyalardan yayınmağa yardım etməkdə ittiham edib, amma yalnız Zərrab və Atilla ABŞ-da həbs olunub. Prokurorlar ötən həftə Zərrabın oktyabr ayında İrana sankiyalardan yayınmağa yardım etdiyini və gözətçiyə rüşvət ödədiyini etiraf etdiyini açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Çərşənbə axşamı Zərrab deyib ki, günahını etiraf etmək müqabilində prokurorlar onu həbs olunandan sonra qanun-müahifzə orqanlarına yalan söyləməkdə və həbsxanana marixuana çəkməkdə ittiham etməyəcəklərinə söz verib.

Zərrab məhkəməyə bildirib ki, o, ABŞ prokurorlarına Türkiyə rüşvət verdiyini, 2002-2016-cı illər arasında əldə etdiyi gəlir barədə yanlış məlumat verdiyini və 2013-cü ildə başqa insanlar üçün fahişə tutduğunu etiraf edib. O deyib ki, prokurorlar ona bu cinayətləri ABŞ yurisdiksiyasından kənarda işlədiyi üçün ittiham olunmayacağını söyləyib.

Zərrab prezident Rəcəb Tayyib Ərdoğan daxil olmaqla, Türkiyə siyasətçilərini İrana ABŞ sanksiyalarından yayınmağa yardım etməkdə ittiham edib. Bazar günü Ərdoöğan bu məhkəməniTürkiyəyə qarşı siyasi hücum adlandırıb.

Cümə axşamı CNN Turk Ərdoğanın Türkiyənin ABŞ sanksiyalarını pozmadığını bildirdiyinə dair xəbər verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG