Accessibility links

Saakaşvilinin axtarışı elan edilib


Ukraynanın hakimiyyət orqanları keçmiş Gürcüstan prezidenti Mixeil Saakaşvilinin axtarışını elan ediblər.

Bundan əvvəl təhlükəsizlik qüvvələri onun evinə reyd keçirmiş, Saakaşvilini evin damında yaxalayaraq polis maşınına oturtmuşdular. Lakin bunun ardınca tərəfdarları Saakaşvilini polis avtofurqonundan dramatik şəkildə azad etmişdilər.

Ukrayna Baş Prokurorluğunun sözçüsü Andriy Lısenko Facebook postunda yazır ki, prokurorlar milli polisin rəisi Serhiy Knyazevə keçmiş Odessa vilayəti qubernatorunun axtarışda olduğu barədə məlumat veriblər.

Prokurorluq Saakaşvilini “mütəşəkkil cinayətkar qrupla” əlaqədə ittiham edir.

***

Kiyevdəki ABŞ səfirliyi “bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan qaçmağa” çağırıb. Bu çağırışdan öncə müxalif siyasətçi Mixeil Saakashvili təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb, tərəfdarları onu azad edib və etirazçıları Ukrayna parlamentinə doğru yönəldib.

***

Saakaşvilinin tərəfdarları onu SBU-nun maşınından çıxarıblar. Bundan sonra Saakashvili etirazçıları “Maydana getməyə”, “Ukraynanın azad olunması prosesinə başlamağa çağırıb”. O, ölkəni prezident Petro Poroşenkonun “banda”sından azad etməyin gərəkdiyini vurğulayıb. “Ordu tərəfimizdədir”, – deyən Saakaşvili dinc aksiyanı nəzərdə tutduğunu söyləyib.

***

Ukraynanın baş prokuroru Yuriy Lutsenko deyib ki, Saakaşvilini Avromaydan hadisələrindən sonra Rusiyaya qaçmış keçmiş prezident Viktor Yanukoviç dövrünün oliqarxı Sergei Kurçenko maliyyələşdirib.

“Saakaşvili Kurçenkonun puluyla Ukraynada etirazlar təşkil edib, məqsədi hakimiyyəti ələ keçirmək, Yanukoviçin yaxınlarının öz aktivləri üzərində nəzarətini bərpa etmək olub”, – Lutsenko Kiyevdə mətbuat konfransında deyib. Onun sözlərinə görə, müstəntiqlər Saakaşvilinin komandasının Kurçenkoya yaxın şəxslərdən yarım milyona yaxın dollar aldığını müəyyənləşdiriblər.

Baş prokuror mətbuat konfransında bir audioyazı da açıqlayıb. Həmin audioda səsi Saakaşvilini xatırladan bir şəxs guya Kurçenkonun səlahiyyətli təmsilçisi ilə danışır.

***

Kiyevdə Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkişməsi. AzadlıqRadiosunun Ukrayna xidmətinin Kiyevdə verdiyi canlı yayım:

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG