Accessibility links

Saakaşvili ekstradisiya olunacağı halda Gürcüstan hökümətinə qarşı mübarizə aparacağını bildirib


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynadan ekstradisiya olunacağı halda Gürcüstan hökümətinə qarşı mübarizə aparacağını bildirib. Cümə günü Tbilisi məhkəməsi sabiq prezidenti qiyabi olaraq 3 illik həbsə məhkum edib.

Məhkəmə iki il idi bu işə baxırdı. Bu, siyasətçi barədə ilk məhkəmə hökmüdür və onun Ukraynadan Gürcüstana ekstradisiyası üçün zəmin yaradır.

Hakim Qeorgi Arevadzenin çıxardığı hökm Tbilisidə banklardan birinin əməkdaşı Sandro Girgvliani işi ilə bağlıdır. Onu 2006-cı ildə paytaxt restoranlarından birində öldürüblər. İttihama görə, Saakaşvili istintaqın saxtalaşdırılmasına kömək edib və iş üzrə təqsirli bilinmiş dörd nəfəri vaxtından qabaq, qanunsuz olaraq əfv edib.

Vəzifəsindən sui-istifadədə təqsirli bilinmiş keçmiş prezidentin tərəfdarları hökmü siyasi adlandırıblar.

Amerikanın Səsinin Gürcü Xidmətinə eksluziv müsahibəsində Saakaşvili bildirib ki, 2008-ci il əfvləri ört-basdır olmayıb.

“Əlbəttə bu baş verməyib, amma hətta baş versəydi belə, bu cinayət sayıla bilməz.” – deyən sabiq prezident, əfv səlahiyyəti dünyada olan bütün prezidentlər üçün məhdudiyyətsiz olan azsaylı səlahiyyətlərdən biri olduğunu əlavə edib.

Cümə günü müsahibəsində Saakaşvili hökmü siyasi adlandıraraq, bunun “qanunla heç bir əlaqəsi olmadığını” bildirib.

“Heç kim, hez zaman sabiq prezidenti əfv səlahiyyətindən istifadəyə görə hökm qərarı verməyib. Bizim burada gördüyümüz Ukrayna və Gürcüstan oliqarxlarının birgə səyləridir. Prezident Poroşenko keçən yay Tbilisiyə səfər etmişdi. O zamandan bəri o düşünür ki, mən onun əsas problemiyəm. Prezident onlardan xahiş edib ki, mənə qarşı işi sürətləndirsinlər. Ona görə də onlar belə bir hökm qərarı veriblər.”

Poroşenkonun gürcüstanlı həmkarları ilə nə zamansa Saakaşvili haqqında danışdığı məlum deyil. Ukrayna prezidentinin 2017-ci ilin iyul ayında Tbilisiyə səfəri zamanı, Kiyev rəsmiləri həmin zaman ABŞ ərazisində olan Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum ediblər.

Avqust ayında Polşaya uçan Saakaşvili tərəfdarlarının əhatəsində sərhədi keçərək Ukraynaya daxil olub. Hal-hazırda vətəndaşlığı olmayan sabiq prezident Kiyevdə yaşayır.

Saakaşvili, Ukraynaya geri dönüşündən bəri hökümətdəki korrupsiyaya qarşı bir neçə etiraza rəhbərlik edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG