Accessibility links

Mixeil Saakaşviliyə həbs cəzası


Tbilisidə məhkəmə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini qiyabi olaraq 3 illik həbsə məhkum edib.

Məhkəmə iki il idi bu işə baxırdı. Bu, siyasətçi barədə ilk məhkəmə hökmüdür və onun Ukraynadan Gürcüstana ekstradisiyası üçün zəmin yaradır.

Vəzifəsindən sui-istifadədə təqsirli bilinmiş keçmiş prezidentin tərəfdarları hökmü siyasi adlandırıblar.

Hakim Qeorgi Arevadzenin çıxardığı hökm Tbilisidə banklardan birinin əməkdaşı Sandro Girgvliani işi ilə bağlıdır. Onu 2006-cı ildə paytaxt restoranlarından birində öldürüblər. İttihama görə, Saakaşvili istintaqın saxtalaşdırılmasına kömək edib və iş üzrə təqsirli bilinmiş dörd nəfəri vaxtından qabaq, qanunsuz olaraq əfv edib.

United Georgian Bank-ın direktoru olmuş Girgvlianinin üzərində zorakılıq əlamətləri olan meyiti 2006-cı ilin yanvarında Tbilisi ətrafında aşkar edilmişdi. Bu hadisədən əvvəl onun barda Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə mübahisəsi olmuşdu.

Bu qətl hadisəsi və hakimiyyətin onu araşdırmağa meylli olmaması Saakaşvili hökumətinin kəskin tənqid olunması ilə nəticələnib.

İşə Avropa İnsan Haqları Məhkəməsinin tələbi ilə baxılırdı.

XS
SM
MD
LG