Accessibility links

Mixeil Saakaşvili Kiyevə qayıdıb [Video]


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin onun Ukrayna vətəndaşlığını bərpa etməsini alqışlayıb, bunu “cəsur və dəyərli prezidentin cəsarətli addımı” adlandırıb.

Saakaşvili mayın 28-də AzadlıqRadiosu-nun Ukrayna xidmətinə müsahibə verib. Polşadan Skype ilə müsahibəsində Saakaşvili deyib ki, keçmiş prezident Petro Poroşenkonun onun vətəndaşlığını alması “dəyərsiz prezident tərəfindən qorxaq hərəkət” idi.

O, dəstək gördüyü ukraynalılara təşəkkürünü bildirib, “onu Ukraynada görmək istəyən çoxsaylı adamların olmasından əminliyini” ifadə edib.

Saakaşvili deyib ki, Zelenskinin onun Ukrayna vətəndaşlığını “çox sürətlə” bərpa etməsi “onun xarakterini” göstərir. Saakaşvili mayın 29-da günortadan sonra Varşavadan Kiyevə gedib.

Saakaşviliyə 2015-ci ildə Poroşenko vətəndaşlıq verib və Odessanın qubernatoru təyin edib.

Tbilisi rəsmiləri isə həmin ilin dekabrında onun Gürcüstan vətəndaşlığını alıb, Gürcüstan qanunvericiliyinin ikili vətəndaşlığa icazə vermədiyini bildirib.

Poroşenko və Saakaşvilinin münasibətləri korrupsiya iddialarından dolayı pisləşincə, Poroşenko 2016-cı ildə onu qubernatorlurdan çıxarıb.

2017-ci ilin iyulunda Saakaşvili Yeni Qüvvələr Hərəkatı adlı müxalifət partiyası yaradıb. Bundan sonra Poroşenko onun Ukrayna vətəndaşlığını ləğv edib.

Saakaşvili 2018-ci ilin fevralında Kiyevdə saxlanıb, aeroporta aparılaraq Polşaya yola salınıb. Ukrayna sərhəd xidməti onun 2021-ci il fevralın 13-dək ölkəyə girişini yasaqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG