Accessibility links

Mixeil Saakaşvili naməlum şəxslər tərəfindən qaçırılıb


Ukraynanın müxalifət lideri Mixeil Saakaşvilinin tərəfdarlarından birinin verdiyi xəbərə görə Mixeil Saakaşvili artıq Polşadadır.

David Sakvarelidze fevralın 12-də Faceobook səhifəsində yazıb ki, Saakaşvili ona Varşavadan zəng edib. O bu ölkəyə Ukraynadan deportasiya olunub.

Daha əvvəl Ukraynanın müxalifət lideri Mixeil Saakaşvili naməlum şəxslər tərəfindən qaçırıldığı bildirilib. Məlumat onun rəsmi Facebook səhifəsində yayılıb.

"Maskalı şəxslər Saakaşvilini ələ keçirərək, naməlum istiqamətdə gözdən itib. Onlar 3 minivanda olub", Facebook postunda yazılıb.

Saakaşvilinin Facebook səhifəsində hadisənin şahidi video paylaşıb. Lakin bunu təsdiq etmək mümkün olmayıb.

Polis hadisəyə müdaxil etməyib.

Oğurlanmanın arxasında kimin dayandığı bəlli deyil. Onun vəkili ötən həftə bildirmişdi ki, Saakaşvili ekstradisiya ilə üzləşə bilər.

Keçmiş Gürcüstan prezidenti deyib ki, Ukrayna hakimiyyəti onu Polşaya deportasiya etmək istəyir.

O bunu, fevralın 10-da Gürcüstanın Rustavi-2 televiziya kanalı ilə yayımlanan müsahibəsində deyib.

Saakşvili qeyd edib ki, Ukraynanın immiqrasiya xidməti onun Polşaya deportasiya edilməsi ilə bağlı artıq sənədlər hazırlayıb.

O bir daha bildirib ki, indiki Ukrayna hakimiyyətinin getməsi üçün mübarizəni davam etdirəcək.

Qeyd edək ki, Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

O bu vəzifədən istefa verdikdən sonra Ukraynada “Yeni qüvvələr hərəkatı” adlı siyasi partiya yaradaraq hakimiyyətə qarşı müxalifətə keçib.

Saakaşvili Ukrayna prezidenti Petro Poroşenko və onun yaxın ətrafını korrupsiyada ittiham edir.

XS
SM
MD
LG