Accessibility links

Ukrayna təhlükəsizlik xidməti Saakaşvilini yenidən saxlayıb


Sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili və onun həyat yoldaşı Sandra Rulofs. Kiyev, Ukrayna. 6 dekabr, 2017-ci il.
Sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvili və onun həyat yoldaşı Sandra Rulofs. Kiyev, Ukrayna. 6 dekabr, 2017-ci il.

Ukrayna polisi cümə günü sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvilini yenidən saxlayıb. Təhlükəsizlik xidməti Saakaşvilini həftənin əvvəli saxlamağa cəhd etsə də, tərədarları onu polisdən azad etmişdi.

Hadisələrin bu inkişafı Odessa vilayətinin sabiq qubernatoru ilə Ukrayna rəsmiləri arasında uzun sürən ədavətin davamıdır. Saakaşvili onu 2015-ci ildə vilayət rəhbəri təyin edən Poroşenkoya qarşı çıxaraq, prezidenti korrupsiyada ittiham edib və istefaya çağırıb.

Baş prokuror Yuriy Lutsenko deyir ki, Saakaşvili kriminal təşkilatlarla yardım göstərməkdə ittiham edilir. Lutsenko onu da əlavə edib ki, müxalifət lideri müvəqqəti saxlanma təcridxanasında yerləşdirilib.

Saakaşvilinin mart ayında aparıcı prokuror vəzifəsindən uzaqlaşdırılan tərəfdaşı və gürcüstanlı yoldaşı Davit Sakvarelidze Kiyev sakinlərini küçələrə səsləyib.

Yerli vaxtla saat 22:00-da yüzlərlə etirazçı parlament binasının yaxınlığında yerləşən təcridxananın önündə toplaşaraq “Xəcalət!” və “Kiyev, ayağa qalx!” şüarları qışqırıblar.

Əgər o istintaqdan yayınsa, özünə olan etimadı sual atına qoyacaq.
Ukrayna prezidenti Petro Poroşenko

Cümə günü prezident Poroşenko Saakaşviliyə qarşı açılan cinayət işinin qanuni olduğunu və onun müstəntiqlərlə əməkdaşlıq etməli olduğunu bildirib: “Əgər o istintaqdan yayınsa, özünə olan etimadı sual atına qoyacaq.”

Həftənin əvvəli təhlükəsizlik xidmətinin saxlanılmasından yayınan Saakaşvili bazar günü Kiyevdə Poroşenkoya qarşı yürüşün keçirilməsi çağırışı etmişdi.

Saakaşvilinin dəstəkçiləri qrupunun əhəmiyyətli sayda olmasına baxmayaraq, Ukrayna ərazində onun dəstəyi məhduddur. Oktyabr ayında keçirilən sorğu onun Yeni Qüvvələr Hərəkatı partiyasının ölkə üzrə 1.7 faiz etimada malik olduğunu müəyyən edib.

Sabiq Gürcüstan prezidentinin dəstəkçiləri onu korrupsiyaya qarşı mübarizə aparan qorxmaz xilaskar kimi görür. Lakin tənqidçiləri Saakaşvilinin sözlərinin arxasında faktların dayanmadığını bildirirlər.

XS
SM
MD
LG