Accessibility links

Saakaşvili: "Məni Polşaya deportasiya etmək istəyirlər"


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyir ki, Ukrayna hakimiyyəti onu Polşaya deportasiya etmək istəyir.

O bunu fevralın 10-da Gürcüstanın “Rustavi 2” televiziya kanalı ilə yayımlanan müsahibəsində deyib.

Saakaşvili qeyd edib ki, Ukraynanın immiqrasiya xidməti onun Polşaya deportasiya edilməsi ilə bağlı artıq sənədlər hazırlayıb.

O bir daha bildirib ki, Ukraynanın indiki hakimiyyətinin getməsi üçün mübarizəni davam etdirəcək.

Mixail Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.

O bu vəzifədən istefa verdikdən sonra Ukraynada “Yeni qüvvələr hərəkatı” adlı siyasi partiya yaradaraq hakimiyyətə qarşı müxalifətə keçib.

Saakaşvili Ukrayna prezidenti Petro Poroşenko və onun yaxın ətrafını korrupsiyada ittiham edir.

XATIRLATMA

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroşenkonun xahişilə Odessanın qubernatoru olub.

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroşenkonun rəqibinə çevrilib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakaşvili ittihamları rədd edir, onları siyasi motivli sayır.

XS
SM
MD
LG