Accessibility links

Saakaşvili Ukraynaya qayıdacağını deyir


Mixail Saakaşvili Ukrayna ərazisinə qanuni yolla qayıtmaq planlarını açıqlayıb. Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Saakashvili deyib ki, Polşadan siyasi sığınacaq almaq fikrində deyil. O, Varşavada keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynadan başqa vətəndaşlığı yoxdur.

Saakaşvili bir gün öncə Ukraynaya deportasiya olunub.

Saakaşvili Avropa İttfiaqından və Almaniya kansleri Angela Merkeldən kömək istəyib. Onun sözlərinə görə, Avropa İttfiaqı, özəlliklə də Merkel heç bir tədbir görməsə, Ukrayna iflas edə bilər.

Ukraynanın “Yeni qüvvələr hərəkatı”nın rəhbəri olan Saakaşvili əminliklə deyir ki, onun Ukraynadan deportasiyasının arxasında ölkə prezidenti Petro Poroşenko dayanır. Onun sözlərinə görə, Poroşenko ondan korrupsiya ilə mübarizə aparan bir siyasi opponent kimi qurtulmaq istəyir.

Saakaşvili bir gün öncə Kiyevdə bir restoranda maskalı şəxslər tərəfindən saxlanıb. Daha sonra Ukraynanın sərhəd xidməti həmin şəxslərin onun əməkdaşları olduğunu bildirib. Müxalifətçi ötən il Polşadan Ukraynaya keçib və dünən – fevralın 12-də həmin ölkəyə deportasiya olunub. Hakimiyyət onun sərhədi qanunsuz keçdiyini bildirir.

XATIRLATMA

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroşenkonun xahişilə Odessanın qubernatoru olub.

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroşenkonun rəqibinə çevrilib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakaşvili ittihamları rədd edir, onları siyasi motivli sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG