Accessibility links

Saakaşvili baş prokurorun ofisinə getməkdən imtina edir


İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Yeni Qüvvələr Hərəkatının lideri, Odessa Regional Hökümət Administrasiyasının keçmiş başçısı, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili baş prokurorun ofisinə getməyəcəyini, lakin prokuror ilə düşərgədə görüşməyə hazır olduğunu deyib.

Mən bunu demək istəyirəm “mən heç bir psevdo-baş prokurorun” yanına getməyəcəm. O, savadsızdır, qeyri-qanunidir. Mən onu baş prokurr olaraq qəbul etmirəm,” deyə Saakaşvili çərşənbə günü Verxovnaya Radanın önündəki tribunadan səslənib.

Xəbərdə yer alan məlumatlara əsasən, Saakaşvili baş prokuror general Yuri Lutsenkonun “Maydanı satan xain” olduğunu deyib.

“Mən müstəntiqləri burada, düşərgədə qəbul etməyə hazıram,” o deyib.

Saakaşvili etirazçıların çərşənbə saat 18:00-da Verxovnaya Rada önündə toplaşacağını bildirib. “Planlarımız açıqdır: məqsəd cinayətkar qrupu hakimiyyətdən devirib, impiçmentlərini elan etməkdir,” o söyləyib.

Saakaşvilinin həmçinin Kiyev sakinlərini axşam nümayişə gəlməyə və özləri ilə düşərgəyə sendviç, isti çay, odun və başqa lazımı əşyalar gətirməyə çağırdığı bildirilir. İnterfaksın məlumatına görə, aksiya heç kəs tərəfindən maaliyyələşdirilmir və “insanların dəstəyinə” ehtiyacı var.

XS
SM
MD
LG