Accessibility links

İki sabiq prezident ənənəyə zidd olaraq Trampı tənqid ediblər


Sabiq ABŞ prezidentləri - Barak Obama və Corc Buş.
Sabiq ABŞ prezidentləri - Barak Obama və Corc Buş.

ABŞ-ın sabiq prezidentləri özlərindən sonrakı prezidentləri tənqid etməmə ənənəsinə son qoyurlar.

Sabiq prezidentlər Corc Buş və Barak Obama eyni gündə etdikləri çıxışlarda Trampın adını birbaşa qeyd etməsələr də, onun apardığı siyasəti tənqid ediblər. Bununla da, Buş və Obama digər sabiq prezidentlərin də Donald Trampın tənqidinə qoşulmaq üçün yol açmış oldular.

Müxtəlif nitqlərdə Buş və Obama qəddarlığı və fanatizmi rədd ediblər.

Buşun “vətəndaş dəyərlərinin təşviqi üçün ilk növbədə özün bu dəyərlərlə yaşamalısan” deməsi geniş alqışlara səbəb olub. Obama da Trampın siyasətə yanaşmasını eyni tərzdə tənqid edib.

Prezidentin sözçüsü Sara Hakabi Sanders cümə günü bildirib ki, Ağ Ev sabiq prezidentlərin qeydlərinin şəxsən Trampa ünvanlandığına düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG