Accessibility links

Sabiq Quantanamo məhbusunun cihadçılara mesajı [Video]


Sabiq Quantanamo məhbusunun cihadçılara mesajı
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Sabiq Quantanamo məhbusunun cidaçılara mesajı

Murad Bençelali bütün suallara cavabları bilməsə də o, gənclərin fikrini vaxtında dəyişmək istəyir.

Radikal İslam bir çox ölkələrin təhlükəsizliyi üçün hədədir. Bəs bu qədər gənc ekstremizmə necə cəlb edilir? Bu Fransada da böyük problemdir. Fransa rəsmiləri 1500-dək insanın Yaxın Şərqdə cihadçı qruplara qoşulduğunu bildirib. Bu, Qərbi Avropada ən yüksək rəqəmdir. Sabiq Quantanomo məhbusu Murad Bençelali bütün suallara cavabları bilməsə də o, gənclərin fikrini vaxtında dəyişmək istəyir.

Mən terrorçu, radikal islamçı olduğumu eşitməkdən bezmişdim. Mən həqiqəti demək istəyirdim, öz hekayəmi danışmaq istəyirdim

Murad Bençelalinin həyatı istədiyi kimi yoluna düşsə idi, o indi zorakı İslam təhlükələri barədə xəbərdarlıq etməzdi. 14 il əvvəl onun işi var idi və nişanlısı ilə birlikdə idi. Lakin o, bundan sonra Əfqanıstana getdi və onun həyatı tam dəyişdi.

O deyir ki, qardaşı onu aldadaraq, səfərin məzuniyyət olduğuna inandırmışdı. Lakin o, beləliklə əvvəl Əfqanıstanda Əl-Qaidənin təlim düşərgəsinə düşür, bir neçə ay sonra isə ABŞ-ın Quantanamodakı həbsxanasına gətirilir.

Bu gün Bençelali öz evində, Fransanın mərkəzində yerləşən Venisiyo şəhərindədir. O, gənclərin cihadçılara qoşulmasının qarşısını almaq üçün öz heyakəsini danışır.

“İnsanlar mənim danışdıqlarımdan bütün cavabları tapmırlar, çünki hər insanın hekayəsi fərqlidir. Amma yenə də mən onlara vacib məsələləri başa düşməkdə kömək edirəm.”

Venisiyo şəhərində yerləşən Urssaf məscidi
Venisiyo şəhərində yerləşən Urssaf məscidi

Yaxın Şərq və Şimali Afrika üzrə təhlilçi olan Mansuria Moxefi Fransa rəsmilərinin də suallara cavab axtardıqlarını deyir.

Bu gün əsas sual gənclərin Fransanı niyə tərk etməsidir, ən başlıcası isə odur ki, Fransada hansı uğursuzluq gəncləri cihada qoşulmaq üçün ölkəni tərk etməyə məcbur edir?

Ölkənin hər bir yerində insanlar bu suallara cavab axtarır, əsasən isə Venisiyo kimi gənclər arasında işsizlik səviyyəsinin yüksək olduğu yerlərdə. Bençelali burada böyüyüb, onun qardaşı da radikal islama burada qoşulub.

Bençelali qardaşının yalanına görə cəzalandırıldığını deyir. O, 30 ay Quantanamoda keçirib, daha sonra isə Fransaya təhvil verilib. O, həyatı haqda “Cəhənnəmə səyahət” adlı kitab yazıb.

“Mən terrorçu, radikal islamçı olduğumu eşitməkdən bezmişdim. Mən həqiqəti demək istəyirdim, öz hekayəmi danışmaq istəyirdim.”

Düzdür o, gənclərlə ünsiyyət qurmaqda, onları başa salmaqda böyük rol oynaya bilər, amma onları fikirlərindən daşındıra bilərmi? İnanmıram
Mansuria Moxefi

İlk öncə bəzi fransızlar onun hekayəsi ilə maraqlanmışdı. Radikal İslamla bağlı qorxular artdıqda isə vəziyyət dəyişdi. Artıq Bençelalinin gənclərin fikirlərini dəyişə biləcəyinə inanan insanların sayı daha çoxdur. Onlardan biri evdar qadın Şəhrəzad Buridir.

“O özü də gəncdir və başına gələnləri səmimi bir şəkildə başa salır.”

Lakin təhlilçi Moxefi Bençelalinin dəyişiklik edə biləcəyinə inansa da, onun islamçı ektremistlərin təbliğatı qarşısında dayana bilmək gücünə malik olmadığını deyir.

“Düzdür o, gənclərlə ünsiyyət qurmaqda, onları başa salmaqda böyük rol oynaya bilər, amma onları fikirlərindən daşındıra bilərmi? İnanmıram.”

Bençelali həyatını yenidən qurub. Onun üçün ağır sınaq bitib və o indi başqaları üçün narahtadır, çünki onlar üçün bu, hələ başlanğıcdır.

XS
SM
MD
LG