Accessibility links

ABŞ və Azərbaycan Sabirabadda tibb məntəqəsi tikib


Sabirabadın Qudacuhur kəndiində yeni tibb məntəqəsi
Sabirabadın Qudacuhur kəndiində yeni tibb məntəqəsi

İyulun 26-da Sabirabad rayonunun (Bakıdan 176 kilometr cənub-qərb) Qudacuhur kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd edib.

ABŞ səfirliyinin məlumatına görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan iqtisadiyyat nazirliyinin və Səhiyyə nazirliyinin rəsmiləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

Layihə USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

EWMI təşkilatının texniki dəstəyilə, yerli və regional hökumət qurumları ilə birgə işləyərək Qudacuhur sakinləri yararsız vəziyyətdə olan tibb məntəqəsini icmanın səhiyyə ehtiyaclarını ödəyə biləcək yeni məntəqə ilə əvəzləyib. Yeni məntəqə icmanın 1600-dən çox sakininin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 71 icmasında 110,000-dən çox insana fayda verərək 81 layihə həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG