Accessibility links

Saç qurudan fenlərin saça zərəri [Video]


Saç qurudan fenlərin saça zərəri
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Bəzi insanlar qıvrım saçlıdırlar və onları düzləşdirmək, bəziləri isə düz saçlarını qıvrım etmək istəyirlər.

Tahirə Reyd: “Bu hər zaman belə olub. Mən dünyanı belə görürəm və həmişə düşünmüşəm görəsən bunun mexaniki mühəndislik perspektivindən necə etmək olar.”

Saç ütüləri fərqli formalar edə bilir. Lkkin əsas olaraq saç sancağı və saçı burmaq üçün lazım olan vasitələr bunu edir.

Emi Markonnet: “Siz ticarət mərkəzlərinə getsəniz, hər yerdə saçları düzləşdirən ütülər görərsiz. Onlar ion texnologiyası kimi terminlərdən istifadə edirlər.”

İstilik saça forma verən keratin adlanan proteyni qırır və ya zəiflədir və müvəqqəti olaraq görünüşünü dəyişir. Lakin heç kim istiliyin saçı daimi zədəyə məruz qoymaması üçün hansı dərəcədə olmasını bilmir.

Tahirə Reyd: “Əgər biz bunun hansı dərəcədə baş verdiyini bilsək siz həmin səviyyəyə gəlməmişdən əvvəl bunun qarşısını ala bilərik.”

Purdue Universitetinin laboratoryasında saç ütüsü saçları ütülədiyi vaxt infraqırmızı mikroskop saçın strukturundakı dəyişikliyi ölçür.

Araşdırmaçılar deyir ki, erkən nəticə bəlkə biraz inandırıcı olmaya bilər. Aydın olur ki, hər kəsin saçı fərqlidir və saçları düzləşdirərkən zərərin qarşısını almaq üçün dəqiq temperatur yoxdur. Misal üçün saç ütüləri düz saça sahib olanlardan çox qıvrım saça sahib insanlar üçün daha təhlükəlidir.

Reyd deyir ki, onlar araşdırmalarına davam edəcək və ümid edir ki, saç dizaynerləri üçün lazım olan istilik dərəcəsini tapacaqlar.

XS
SM
MD
LG