Accessibility links

İlham Əliyev prezidentliyə namizəd olub


İlham Əliyev və Məzahir Pənahov
İlham Əliyev və Məzahir Pənahov

Martın 5-də Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd hazırki dövlət başçısı İlham Əliyevdir.

İlham Əliyev prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycanın qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.

Məzahir Pənahov isə seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini, seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bununla İlham Əliyev dördüncü dəfə prezidentliyə namizəd kimi qeydə alınıb. Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir.

Mərkəzi Seçki Komissiyası indiyədək 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib. Prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün hər bir namizəd 40 min seçicinin imzasını toplamalıdır.

Ölkənin aparıcı müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edib. Onlar bunu demokratik və azad seçki mühitinin olmaması ilə izah edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG