Accessibility links

Saçların ağarmasının qarşısını almaq mümkün olacaq [Video]


Saçların ağarmasının qarşısını almaq mümkün olacaq
please wait

No media source currently available

0:00 0:01:46 0:00

İnsanların çoxu saçlarının ağarmasından utanmır. Bəziləri isə saçları boyamaq üçün külli miqdarda pul xərcləyir.

“Əgər mənim əlimdə imkan olsaydı saçlarımı ağarmasının qarşısını alım bunu edərdim. Çünki çoxlu pula qənaət etmiş olaram.”

İnsanların yaşlanmasının biologiyasını araşdıran London Kollecinin tədqiqatçıları Latın Amerikasından olan 18 ilə 45 yaş arası 6000 könüllüdən saç nümunəsi toplayıb. Onlar hansı genin saç rəngi ilə əlaqəli olduğunu tapmağa çalışırlar.

Kaustubh Adhikari: “IRF4 genetik variantının iki formas; var- birinci forma dünyanı təmsil edir, digər forma isə ancaq avropalıları. Biz görürük ki, Avropalı forma saçın ağarma şansını iki dəfə artırır.”

Yaş və çevrə kimi digər faktorlar həmçinin saçlardakı piqmentlərə təsir edir. Lakin alimlər deyir ki, onlar IRF4-ün saçların ağarmasına necə təsir etdiyini kəşf etdikdən sonra istəyə görə onu durdura biləcəklər.

Andres Luis: “Bu əsasən istəyə bağlı olacaq. Lakin saçların ağarmasını gecikdirmək və ya qarşısını almaq üçün terapiya inkişaf etdirmək üçün daha çox araşdırma aparılmalıdır.”

Əlbəttə ki, bəzi insanlar var saçlarının ağarmasından narahat deyillər. “saçlarımın ağarmasından və ya ağarmamasınpdan narahat deyiləm.”

Saç ustaları deyir ki, bu, kəşf olunarsa, saçların ağarmasına səbəb olan geni durdurmaq populyarlaşacaq.

XS
SM
MD
LG