Accessibility links

İraqın dini lideri normal həyata dönməyə çağırıb


İraqın populist dini lideri Müqtəsa Əl-Sədr tərəfdarlarını baş nazirin təyinatına etiraz olaraq oturaq aksiyalardan sonra küçələrin təmizlənməsinə yardım etməyə və normal həyata qayıtmağa çağırıb.

Hökumət əleyhinə nümayişçilər və onların rədd etdiyi İranın dəstəklədiyi siyasi qrupların tərəfində olan Sədr tərəfdarlarını səlahiyyətli nümayəndələrlə bərabər işləyərək, məktəblər və bizneslərin normal fəaliyyətinin bərpasına yol açmağa səsləyib.

Prezident Bərham Salihin Məhəmməd Tofiq Ələvini siyasi qarşıdurmya son qoymaq məqsədi ilə baş nazir təyin etməsindən sonra etirazlar baş qaldırıb.

Bazar günü minlərlə insan Bağdadın Təhrir meydanına toplaşaraq, bu addımı rədd edib.

Onlar “Ələvi və onun partiyaları qəbul edilmir” kimi şüarlar səsləndirib.

İraqın ən güclü din xadimi Ayətullah Əli əl-Sistani şənbə günü ölkədə kütləvi etirazların kritik dövrə girdiyi və siyasi fraksiyaların ölkənin yeni baş naziri ilə bağlı fikiri ayrılıqları yaşadığı bir vaxt hökumət əleyhinə etirazçılara qarşı güc tətbiq edilməsini bir daha qınayıb.

Eyni zamanda nüfuzlu və radikal din xadimi Müqtəda Əl-Sədr Bağdadın Təhrir Meydanına toplaşan hökumət əleyhinə nümayişçilərə dəstəyini geri çəkdikdən bir həftə sonra tərəfdarlarını yenidən küçələrə axışmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG