Accessibility links

“Sadval”ın rəhbəri öldürülüb


Nazim Hacıyev
Nazim Hacıyev

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində “Sadval” təşkilatının başçısı Nazim Hacıyev öldürülüb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən bildirir ki, "Sadval" təşkilatının başçısı Nazim Hacıyev Mahaçqaladakı mənzilində çoxsaylı bıçaq zərbələri ilə öldürülmüş vəziyyətdə aşkar olunub.

Təşkilatın başçılarından biri olan Ruslan Maqometrahimov isə 2014-cü il 24 martda öldürülüb.

“Sadval" ləzgi təşkilatı Rusiya ərazisində yaradılıb. Təşkilat Azərbaycana qarşı separatçılıq ideyasını yaymaqla tanınır.

XS
SM
MD
LG