Accessibility links

Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür


Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru Margaret Çan 1948-ci ildən təməli qoyulan bu günün təbdirlərinə rəhbərlik edir. Tədbirlər sağlamlıq problemlərinə diqqətlərin cəlb edilməsi ilə qeyd edilir. Bu il hipertoniya ili elan edilib.

Ümumdünya Səhiyyə Təşkilatının bu ərəfədə yaydığı hesabata görə, dünyada hər 3 adamdan biri yüksək qan təzyiqinə malikdir. Bu isə 1 milyard insan deməkdir. Bu problem hər il 9.4 milyon insanın ölümünə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, yüksək gəlirli ölkələrdə hipertoniya göstəriciləri daha aşağıdır.

Təşkilat yüksək qan təzyiqinin qarşısını almağın mümkünlüyünü önə çəkərək, qan təqyiqinin mütəmadi şəkildə yoxlanması və ölçülər götürülməsinə çağırıb.

Balanslı pəhriz, duzdan daha az istifadə edilməsi, siqaret çəkilməməsi və spirtli içkilərin normal şəkildə qəbulu, habelə idman yardımçı ola bilər.
XS
SM
MD
LG