Accessibility links

“2014-cü ildə 250 min itdə quduzluq əleyhinə peyvəndləmə aparılıb”- müşahidəçilər buna inanmır


Dövlət Baytarlıq Nəzarəti Xidməti-logo
Dövlət Baytarlıq Nəzarəti Xidməti-logo

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb, ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən sahibsiz itlər küçələrdə tutularaq şəhərin ətrafında xüsusi ayrılmış yerlərə aparılır. Bununla bərabər itlərin saxlanması məqsədi ilə Bakı şəhəri ərazisində müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb. Heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb.

“Eyni zamanda bildiririk ki, heyvanların, o cümlədən sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ciddi nəzarəti altındadır. Tədbirlər Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir, biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur.

Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir”, məlumatda qüeyd edilir.

Müşahidəçilər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2014-cü ildə 250 min itin peyvənd edilməsi ilə bağlı yaydığı xəbərə inanmır. Onlar bu fəaliyyətin ciddi auditinə ehtiyac duyulduğunu bildirir. Çünki, burada bir neçə milyon manat büqdcə vəsaitinin xərclənməsindən söhbət gedir.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə və mediada Bakıda itlərin öldürülərək yandırılmasını əks etdirən video yayılıb. Bu videonun Azərbaycanda keçiriləcək Avropa oyunları qabağı yayılması hökumət rəsmiləri tərəfindən təxribat və yalan adlandırılıb. Bundan sonra rəsmi qurumlar ölkədə sahibsiz itlərə qayğı ilə bağlı “xoşagələn” xəbərlər yamağa başalyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG