Sentyabrın 10-da Bakıda 128 ustanın iştirakı ilə Şahmat üzrə Dünya Kuboku start götürüb.
Bu turnir Dünya Şahmat Federasiyasının (FİDE) ən mühüm yarışlarından biridir.
Dünya Kubokunun mükafat fondu (Chess World Cup-2015) 1 600 000 ABŞ dolları təşkil edir.
Dünya Kubokunun iki finalçısı dünya çempionu rütbəsi uğrunda iddiaçıların turnirinə vəsiqə qazanacaq.
Fairmont otelində keçiriləcək turnirdə Ermənistan şahmatçıları – Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Saakyan, Qrant Melkumyan, habelə ABŞ-dan etnik ermənilər Samuel Sevyan və Varujan Akobyan da iştirak edəcəklər.
Yarışlar kubok sistemi üzrə keçiriləcək – “uduzan çıxır”.
Turnir 1/64 finalla başlayır və oktyabrın 5-də keçiriləcək finala qədər davam edəcək.