Accessibility links

ABŞ-ın dəniz nəqliyyatı təyyarəsinin Sakit okeanı üzərində yoxa çıxmasından sonra 8 nəfər xilas edilib


ABŞ-ın dəniz nəqliyyatı təyyarəsinin Sakit okeanı üzərində yoxa çıxmasından sonra 8 nəfər xilas edilib. 3 nəfər hələ də itkindir.

Dəniz donanmasının bildirdiyinə görə, C2-A Greyhound təyyarəsi Okinavadan 925 kilometrlik ərazidə yoxa çıxıb. Təyyarə ABŞ-ın Yaponiyadakı bazasından sərnişin və yuk daşımaları həyata keçirirdi.

Xilas edilənlərin vəziyyəti normaldır. ABŞ və Yaponiya gəmiləri itkin düşənlərin axtarışını davam etdirir.

Şükran bayramı ərəfəsində Floridada olan ABŞ prezidenti Donald Tramp Twitter hesabında vəzyyəti yaxından izlədiyini yazıb. O, qəzaya uğrayanlar üçün dua etdiyini bildirib.

XS
SM
MD
LG