Accessibility links

Səudiyyə Ərəbistanının vəliəhdi Vaşinqtondadır


Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ağ evdə Donald Trampla görüş keçirib. O, İranla nüvə sazişindəki iddia olunan “qüsurlar”ı, İranın Yaxın Şərqdəki münaqişələrinin qarşısının alınması məsələlərini müzakirə edib.

“İranın dünya və onun bəzi bölgələrinə normal münasibət bəsləmir. İranda olduqca pis şeylər baş verir"- deyə, prezident Tramp deyib.

ABŞ prezidenti əlavə edib ki, Amerika terrorçuların maliyyələşdirilməsinə tolerantlıq nümayiş etdirməyəcək. O, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrinin də bu sahədə mübarizə apardığını bildirib.

Səudiyyə vəliəhdi isə bildirib ki, biz bütün imkanlardan istifadə edərək, ABŞ, Səudiyyə Ərəbistanı və dünyanın üzləşdiyi təhdidləri aradan qaldırmaq üçün burdayıq.

Ötən həftə Səudiyyə Ərəbistanının şahzadəsi İranın ali runahi liderini Adolf Hitlerlə parallel gətirərək, İranın nüvə silahı istehsal etdiyi təqdirdə ölkəsinin də nüvə silahları istehsalına başlayacağını deyib.

"O, Hitlerin bir zamanlar etdiyi kimi Yaxın Şərqdə öz layihəsini qurmaq istəyir. O zamanlar bir çox Avropa ölkəsi və dünya baş verənlərədək Hiterin nə dərəcədə təhlükəli olduğunu dərk etməyib. Mən Yaxın Şərqdə belə bir halın yaranmasını görmək istəmirəm" - deyə, şahzadə əlavə edib.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin əsirlərlə davam edən nifaqa əsalandığına dair sualın cavabında şahzadə Salman deyib ki, İran Səudiyyə Ərəbistanına rəqib ola bilməz.

O, İran ordusunun müsəlman dünyasında 5 ən yüksək ordu sırasında yer almadığını bildirərək, ölkəsinin iqtisadiyyatının İran iqtisadiyyatından daha güclü olduğunu və Səudiyyə Ərəbistanı ilə bərabərlikdən çox uzaq olduğunu deyib.

“Nüvə sazişi qüsurlu razılaşmadır”, - Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cübeyr martın 19-da Vaşinqtonda jurnalistlərə deyib.

Daha öncə ABŞ prezidenti Donald Trsmp da nüvə sazişi ilə bağlı oxşar fikirlər səsləndirmiş, sənəddən çıxmaqla hədələmişdi.

Tramp ötən il prezident postuna keçəndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Ər-Riyad və Vaşinqton əlaqələri möhkəmləndirir, qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG