Accessibility links

Saleh İldırım: “Güney Azərbaycanın qatılmadığı bir alternativ təşkil oluna bilməz”


Saleh İldırım deyir ki, “İranda Güney Azərbaycanın qatılmadığı heç bir siyasi hakimiyyət alternativi təşkil oluna bilməz.” Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasına müxalif qüvvələr və qeyri-fars icmalara mənsub təşkilatlar arasındakı münasibəti şərh edib.

Saleh İldırım Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:02 0:00

Saleh İldırımın dediklərinə görə, İranda dini hakimiyyətin devrilməsini hədəfləyən qruplar arasında onun yerinə gətirələcək alternativ hakimiyyətə dair fikir birliyi yoxdur.

“Çünki, İranın 70 faiz əhalisini təşkil edən qeyri-fars millətlər haqlı olaraq öz milli mənfəətləri nöqteyi-nəzərindən bu məsələyə yanaşırlar. Lakin hakimiyyət alternativi təşkil etmək cəhdində olan güclər İranda vahid dövlət düşüncəsi ilə gəldikdə bu millətləri toplaya bilmirlər,” milli fəal deyir.

Mövcud əlamətlərdən belə görünür ki, qeyri-fars millətlərin məsələsi İranın mərkəzi hakimiyyətinə alternatinin təşkili mövzusundan daha güclü bir şəkildə meydandadır.

O, İranda Azərbaycan türklərinin qatılmadığı heç bir siyasi hakimiyyət alternativinin təşkil oluna bilməyəcəyini vurğulayır və əlavə edir: “Biz də İran bayrağı altında deyil, ancaq və ancaq Azərbaycan dövlətçiliyi üçün müzakirələrdə iştirak edərik.”

“Mövcud əlamətlərdən belə görünür ki, qeyri-fars millətlərin məsələsi İranın mərkəzi hakimiyyətinə alternatinin təşkili mövzusundan daha güclü bir şəkildə meydandadır” , Saleh İldırım ifadə edir.

O, mərkəz qrupların öz içində də gələcəyə dair hər hansı bir fikir birliyinin mövcud olmadığını vurğulayır:

“Onların öz arasında da fikir birliyi yoxdur. Misal üçün, özlərini alternativ kimi təqdim edən monarxistlər (Pəhləvilər başda olmaqla) və Xalqın Mücahidləri qrupu bir-birlərini rədd edirlər. Demokratlıq iddiasında olanlar da bunlarla ziddiyyət içindədirlər.”

Saleh İldırım hesab edir ki, ABŞ Prezidenti Donald Trampın da İslam Respublikası ilə müzakirəyə hazır olmasını bildirməsi məhz bu səbəbdəndir ki, ABŞ iranlı müxaliflərin yeni bir hakimiyyət qurmağa qadir olmadığını bilir:

“Bu səbəbdəndir ki, Donald Tramp da deyir, İranla müzakirəyə hazırıq. Çünki, onlar görür ki, bu hakimiyyətin devrilməsindən sonra artıq İran deyə bir şeyi buraya yerləşdirə bilməyəcəklər. Burada müxtəlif millətlər öz dövlətlərini qurmağa çalışacaq və mümkündür ki, Əfqanıstan və Suriyada olduğu kimi bir boşluq yarana...”

XS
SM
MD
LG