Accessibility links

Saleh İldırım: Güney təşkilatları post-pandemiya dönəminə hazır olmalıdır


Saleh İldırım
Saleh İldırım

Siyasi fəal Saleh İldırım Amerikanın Səsi ilə söhbətdə pandemiya dönəmində İran Azərbaycanındakı vəziyyəti, həmçinin güney təşkilatlarının fəaliyyətləri barədə danışıb.

İldırım deyir ki, İranda dövlətin pandemiya dönemində vətəndaşlarına yardım etməməsinin əsas səbəbi iqtisadi problemlər deyil, hakimiyyətin məsələyə insani mövqedən yanaşmamasıdır.

please wait

No media source currently available

0:00 0:15:00 0:00
Direct link


Hər hansı bir dövlətin, əgər xalqına insan kimi yanaşsa, vətəndaşına yardım etmək imkanı vardır.

“Hər hansı bir dövlətin, əgər xalqına insan kimi yanaşsa, vətəndaşına yardım etmək imkanı vardır. İndi bu dövlət fəhlələrin çiynində hökümət qurub. İşçilər var ki, onlara 10 aydır, bir ildir maaş verməyib. Bunların evinə bir dənə çörək göndərdi mi? Göndərmədi. Amma, Livanda, İraqda və Suriyada dəstəklədiyi qüvvələrə göndərə bilir,” milli fəal söyləyir.

O, əlavə edir, “sadəcə korona deyil ki. Ondan əvvəl, məsələn zəlzələ olmuşdu. 10 ildir zəlzələ olub camaat hələ çadırda yaşayır. Beş il bundan əvvəl sel basıb. Dövlət xəsarət alanların hansına yetişib? Bu dövlət bizi talamağa gəlib. Bizim Azərbaycanda sərvətimiz də var, imkanlarımız var. Bunları sökür aparır məslən Livanda Hizbullah qüvvəsinin barmağı qanayanda, helikopter göndərir, onu gətirib Tehranda müalicə edir. Amma, Təbrizdə minlərlə insan virusa yoluxsun. Əhərdə Zəlzələdə 10 min nəfər soyuqda yaşasın. Bu hakimiyyətin vecinə deyil ki.”

Bu dövlət fəhlələrin, aylardır maaş almayan işçilərin evinə bir dənə çörək göndərdi mi? Göndərmədi. Amma, Livanda, İraqda və Suriyada dəstəklədiyi qüvvələrə göndərə bilir.


“Türkiyəni demirəm hələ. Əfqanıstan dövləti belə evlərə çörək payladı,” Saleh İldırım qeyd edir. Onun dediklərinə görə, Güney təşkilatları və milli fəallar bu xüsusları topluma anlatmalı və post-pandemiya dönəmi üçün hazır olmalıdırlar:

“Millətimiz bunları bilməlidir. Aktivistlər bunları millətə çatdırmalıdır ki, bu işğal dövləti bizim insanımıza dəyər vermədiyi üçün, insani yanaşmadığı üçün, bizi heçə saydığı üçündür ki, biz bu fəlakətin içindəyik. İnsanlarımızın ayağı altındakı sərmayəni söküb aparırlar və bizim, idarəmiz öz əlimizdə olmadığı üçün heç nə edə bilmirik.”

Covid-19 pandemiyasından öncəki aylarda İranda baş qaldıran etiraz aksiyalarına diqqət çəkən siyasi fəalın sözlərinə görə, post-pandemiya dönəmində yeni üsyanlar baş verə bilər.

“Bu rejim İran-İraq savaşını bir nemət olaraq adlandırırdı. Bu pandemiya da bunlara bir nemət oldu. Pandemiya elə bir dönəmdə gəldi ki, rejim çox ağır vəziyyətdə idi. Hər tərəfdən etirazlar baş qaldırmışdı. Aclığa, yoxsulluğa və milli-zülmə etirazların həddi aşmışdı. Amma, gec ya tez, bu dönəm də keçəcək. Post-pandemiya dönəmində üsyanlar davam edəcək. Güney Azərbaycan təşkilatları post-pandemiya dönəmi üçün hazır olamlıdırlar,” deyə Saleh İldırım əlavə edir.

XS
SM
MD
LG