İranın nüvə agentliynin rəhbəri bazar ertəsi elan edib ki, Tehran onlarla təkmilləşdirilmiş sentrifuqalardan istifadə edir. Bu, dünya qüdrətləri ilə 2015-ci ildə əldə edilən navə sazişinin şərtlərinə ziddir.
Əli Əkbər Salehi dövlət televiziyası ilə çıxışı zamanı İR-6 sentrifuqasının uran zəngiləşdirilməsi üçün razılıqda icazə verilən İR-1 sentrifuqasından daha güclü olduğunu deyib.
O, ölkəsinin daha sürətli sentrifuqaların inkişafı prosesində olduğunu da əlavə edib.
Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.
Razılığa əsasən İran sanksiyalar mübadilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu.
Digər məhdudiyyətlər arasında İranın yalnız 5060 ədəd birinci nəsil IR-1 sentrifuqlarından istifadə edə bilərdi.
Ötən aylarda Qırmızı Dənizdə, ələlxüsus İran Körfəzində beynəlxalq neft tankerlərinə edilən hücumlar, lap bu yaxınlarda Səudiyyə Ərəbistanının neft hasilatının yarısını sıradan çıxaran dron hücumları ABŞ-la İran arasındakı gərginlikləri artırıb.
Yüksəkən gərginliklər fonunda Tramp administrasiyası Tehrana qarşı iqtisadi və maliyyə baxımdan əlavə cəzalandırıcı ölçülərə əl atıb.