Accessibility links

Suriyanın kürd lideri Praqada həbs edilib


Türkiyənin terrorçu saydığı kürd liderin fevralın 24-də Çexiyada saxlanılıb. Onun həbsi Türkiyənin tələbi ilə İnterpol vasitəsi ilə həyata keçirilib.

Salim Müslim əvvəllər PYD-nin (Demokratik Birlik Partiyasının) sədri olub.

O, ötən il istefa versə də, Suriyanın şimalındakı kürdlər arasında böyük nüfuza malikdir.

Türkiyə Daxili İşlər Nazirliyi ötən ay onu "ən təhlükəli terrorçular" siyahısına salıb. Salih Muslimin saxlanmasını PYD-də də təsdiqləyiblər.

Amma onun Türkiyəyə verilib-verilməyəcəyinin bilinmir.

Çexiya mətbuatının yazdığına görə, yerli polis sözçüsü Andrea Zoulova Twitter-də yazıb ki, "Türkiyənin istəyi ilə İnterpol tərəfindən axtarılan şəxs saxlanıb, lazımi prosedurlardan sonra o, polis bölməsindəki kameraya yerləşdirilib".

Amma sözçü saxlananın adını açıqlamayıb.

Anadolu agentliyi yazır ki, Çexiya tərəfi Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib.

Hazırda Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyat keçirir və Türkiyə sərhədinə yaxın bölgələri kürd yaraqlılarından təmizləməyi hədəfləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG