Accessibility links

Cənubi Sudanın prezidenti sülh razılığını imzalamaqdan imtina edib


Cənubi Sudanın prezidenti Salva Kiir ölkədə 20 ay davam edən vətəndaş müharibəsinə son qoymaq məqsədi ilə hazırlanmış sülh razılığını imzalamaqdan imtina edib.

Efiopiyanın paytaxtı Addis Ababada keçirilən danışıqların vasitəçiləri deyib ki, cənab Kiir razılığı imzalaması üçün ona 15 gün vaxt verilməsini istəyib.

Bu müddətdə o, vətəninə dönərəkseçiciləri ilə müzakirələr keçirəcəyini deyib.

Üsyançı lider Riek Maçar cənab Kiirin qərarından təəccübləndiyini deyib.

“Mən onun nəyə görə daha çox vaxt istəməsini başa düşmürəm. Ona yaxşı təklif edilib. Ona bütün səviyyələrdə səlahiyyətlərin və hakimiyyətin bölünməsi təklif edilib.”

Razılıq dünən ölkənin hakim partiyası tərəfindən imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG