Accessibility links

Salvadorda güclü zəlzələ qeydə alınıb - Sunami təhlükəsi var


Cümə axşamı günü Salvadorda güclü zəlzələ qeydə alınıb. Sübh çağı baş verən təbii fəlakət insanları küçələrə töküb.

Kiçik sunami xəbərdalığı yayılıb. Lakin ölənlər və yaralananlar barədə məlumat verilməyib.

ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 6.6 bal gücündə, episentrinin isə cənub-şərqi La Libertad şəhərinin 28 kilometrliyində olduğunu bildirib.

Salvadorun Ətraf Mühit Nazirliyi və Milli Resurslar Mərkəzi insanları Sakit okeanı ərazisindən uzaq durmağa çağırıb. Dəniz səviyyəsinin 30 sm yüksəldiyi və daha da yüksələcəyi barədə xəbərdarlıq verilib.

Zəlzələdən sonra 4.1 və 5.0 bal gücündə yeraltı təkanlar müşahidə edilib.

Paytaxt San Salvador da zəlzələnin təsiri hiss edilib. Bəzi bölgələrdə işıqlar kəsilib, insanlar küçələrə axışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG