Accessibility links

Leonardo da Vinçinin 500 yaşı olan və vaxtilə cəmi 60 dollara satılan şah əsəri incəsənət hərraclarında yeni rekorda imza atdı.

“Salvator Mundi” adlanan əsərdə Məsihin əlini qaldıraraq xeyir-dua verməsi təsvir olunur. Əsər Nyu-Yorkun Kristi Hərrac Evində 450 milyon dollara satılıb.

Özünü təqdim etməyən alıcı bu qiyməti telefonla səsləndirib. Satıcı isə rusiyalı milyarder idi.

Çərşənbə gününə qədər rəsm əsəri üçün hərraclarda ödənilən ən yüksək məbləğ 179 milyon dollar olub. Həmin məbləğ 2015-ci ildə Pablo Pikassonun “Əlcazair qadınları” əsərinə görə ödənilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG