Accessibility links

Salyanda fəhlələr içməli su tələbi ilə tətil keçirib


Salyanda yol çəkənlər
Salyanda yol çəkənlər

Todini rəhbərliyi problemin elə bu gün həll olunacağına söz verdikdən sonra fəhlələr iş yerlərinə gedib

Avqustun 10-da İtaliyanın Todini şirkətinin azərbaycanlı fəhlələri işi dayandıraraq bu şirkətin Salyan rayonunun Çuxanlı kəndindəki ofisinin qarşısında səhər saat 7-dən 9-dək xəbərdarlıq tətili keçirib. Fəhlələrin əsas tələbi – 42 dərəcə istidə açıq havada işləmələrinə baxmayaraq sərin və təmiz içməli su ilə təmin olunması olub.
Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov Turana bildirib ki, yaxın vaxtlaradək fəhlələrə naharda şirkətin yeməkxanasında 1 litrlik qablarda qazlı su verilirmiş. “Fəhlələr həmin suyu saxlayıb açıq havada işləyərkən içirmişlər. Son günlər həmin su payları yığışdırılaraq yeməkxanaya qazsız su aparatları qoyulub”.
Onun sözlərinə görə. fəhlələr onlara verilən yeməklərin çeşidindən də narazıdır. “Ucuz başa gəlir deyə, hər gün dondurulmuş toyuq ətindən yeməklər verilir. Çöldəki iş yerinə gətirilən su isə ilıq və bulanıq olur”. –deyə fəhlələrdən biri bildirib.
Etirazçı fəhlələrlə görüşən Todini rəhbərliyi problemin elə bu gün həll olunacağına söz verdikdən sonra fəhlələr iş yerlərinə gedib.
XS
SM
MD
LG