Accessibility links

Samanta Pauer ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə təyin edilib



ABŞ-ın vitse-prezidenti Co Bayden Samanta Pauerin BMT-yə yeni səfir kimi andiçmə mərasiminə ev sahibliyi edib.

Ağ Evdə təşkil edilən mərasimdən görüntülər sosial medianın səhifələrində yayılıb.

Samanta Pauerin nominasiyası bir gün əvvəl Senatda böyük əksəriyyətlə təsdiq edilmişdi.

42 yaşlı Pauer keçmişdə jurnalist və Milli Təhlükəslik Şurasının eksperti olub. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendez onu insan hüquqlarının yorulmaz müdafiəçisi adlandırıb.

Samanta Pauer 2003-cü ildə Ruanda və Bosniya müharibələri zamanı insan haqlarının ciddi şəkildə pozulmasına dair yazdığı kitabın müəllifi kimi Pulitzer mükafatına layiq görülüb.

Bu yaxınlarda o, Suriyanın vətəndaş müharibəsini tarixin kəskin ittihamları ilə üzləşəcək “rüsvayçılıq” adlandırıb.

Samanta Pauer sabiq səfir və hazırda prezidentin milli təhlükəsizlik məsələri üzrə müşaviri Suzan Raysı əvəz edəcək.
XS
SM
MD
LG